04-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İki zərərçəkən jurnalistə qarşı hədə-qorxu ilə pul tələb etmə ittihamını alt-üst etdi

06 Oktyabr 2023, 00:10
Cəmiyyət
A A
İki zərərçəkən jurnalistə qarşı hədə-qorxu ilə pul tələb etmə ittihamını alt-üst etdi

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində jurnalist Cəmil Məmmədli barəsindəki cinayət işi ilə üzrə növbəti məhkəmə iclası keiçirlib.

Reportyor.info xəbər verir ki, Fəhmin Hümbətovun sədrliyi ilə baş tutan prosesdə iş üzrə zərərçəkən qismində tanınan Ağasalam Ağayev, Cavid Balaqadaşov, Aygün Abbasova və oğlu Coşqun ifadə verib.

Ağasalam Ağayev ifadəsində bildirib ki, Cəmil Məmmədli ondan pul tələb etməyib. Zərərçəkənin sözlərinə görə, ondan pul tələb edən Dəyanət Məmmədov adlı şəxs olub: “Yeni Azərbaycan Partiyasının Xaçmaz təşkilatının sədri Nazim Ağayev mənə zəng vuraraq bildirdi ki, bir jurnalist kürəkənin haqqında neqativ tonda yazı hazırlayır. Mən də cavabımda dedim ki, buyurub ofisə gəlsin, görüm nə məsələdir. Ofisə gələndə gördüm Cəmil Məmmədli bir nəfərlə gəlir. Cəmil məni həmin şəxsə göstərib dedi ki, Məhəmmədin, yəni kürəkənimin, qaynatası bu şəxsdir. Bunu deyib getdi. Məlum oldu ki, mənimlə görüşmək istəyən şəxsin adı Dəyanət Məmmədovdur. O özünü mənə jurnalist kimi təqdim etdi və bildirdi ki, kürəkənin yol təmirində qanunsuzluğa yol verib, bu barədə yazı hazırlayıram. Yazının yazılmaması üçün məndən 200 manat pul istədi. Dedim ki, mən 80 manat verə bilərəm. O da razılaşdı. Elə ofisdə ona 30 manat verib, yerdə qalan 50 manatı da sabah verəcəyimi dedim. Həmin vaxt Cəmil Məmmədli orada olmayıb. Dəyanət Məmmədov həmin günün səhəri yenə gəldi və ona 50 manat da verdim”.

Dövlət ittihamçısı zərərçəkənə Dəyanət Məmmədovun həmin pulu Cəmil Məmmədli ilə bölməsi barədə məlumatlı olub-olmadığını soruşub. O isə bildirib ki, bu barədə heç bir məlumatı yoxdur.

Daha sonra məlum olub ki, Ağasalam Ağayevin istintaqa verdiyi ifadə ilə məhkəmədə söylədikləri ziddiyyət təşkil edir. O, istintaqa ifadəsində həmin pulun Cəmil Məmmədli ilə bölündüyünü deyib və jurnalistin məsuliyyətə cəlb olunmasını xahiş edib.

Ağasalam Ağayev isə deyib ki, o istintaqa belə ifadə verməyib: “Mən elə ifadə verməmişəm. Çünki Cəmil məndən pul istəməyib, pulu Dəyanətə verəndə orada olmayıb”.

Daha sonra Cəmil Məmmədli bildirib ki, yaşadığı ev Ağasalam Ağayevin ofisinin yaxınlığında yerləşir. O evə gedərkən Dəyanət Məmmədov da Ağasalam Ağayevin ofisinə gedirmiş. “Ofisi evimin yaxınlığında yerləşdiyinə görə təbii ki, orada Ağasalam Ağayevlə rastlaşdıq və mən Dəyanətə bildirdim ki, Məhəmmədin qayınatası bu kişidir. Bunu deyib çıxıb getmişəm. Ofisdə nə baş verib məlumatım olmayıb”.

Zərərçəkən də Cəmil Məmmədlinin dediklərini təsdiqləyərək, onunla bağlı hər hansı şikayətinin olmadığını bildirib.

Cavid Balaqadaşov da təxminən eyni məzmunlu ifadə verib. O deyib ki, atası haqqında sosial şəbəkədə neqativ məlumat yerləşdirilib. O, bu məlumatı kimi yazdığını öyrənmək məqsədi ilə Cəmil Məmmədliyə zəng vurub: “Cəmili uzun illərdir tanıyıram. Aramızda dostluq münasibətləri var. Həm də bilirəm ki, jurnalistdir. Bu baxımdan, ona zəng vurdum. Açığı əvvəl elə bildim ki, Cəmil zarafatla belə bir şey edib. Amma o and-aman etdi, yayılan məlumatdan xəbərsiz olduğunu bildirdi və dedi ki, mənə kömək kimi məlumatın kim tərəfindən yazılmasını öyrənə bilər. 10-15 dəqiqədən sonra Cəmil zəng vurdu ki, məlumatı Dəyanət yazıb. Biz Dəyanətlə görüşdük. O səhv elədiyini dedi. Biz onunla bu məsələ barədə danışarkən Cəmilə zəng gəldi və o getdi. Bundan sonra Dəyanət maddi vəziyyətinin ağır olduğunu, maşınını təmirə verdiyi, amma pulu olmadığını dedi. Mən də kömək kimi ona 100 manat verdim. Yəni, bu pulu ona məlumatı silmək üçün verməmişəm”.

Cavid Balaqadaşov ifadəsinə davam edərək bildirib ki, sonradan ifadəsinin dəyişdirilməsindən xəbər tutub. “Müstəntiqə zəng vurub dedim ki, axı mən elə sözlər deməmişəm və yenidən ifadə verdim”, deyən zərərçəkən Cəmil Məmmədlidən heç bir şikayətinin olmadığını vurğulayıb. O, növbəti proseslərdə iştirak etmədiyini deyərək məhkəməyə barışıq ərizəsi yazıb.

Zərərçəkənlər Aygün Abbasova və oğlu Coşqun isə ifadələrində bildirib ki, 15 dekabr 2022-ci ildə xəstəxanaya gedərkən VAZ 2107 markalı avtomobili ötüblər. Həmin avtomobilin sürücüsü Anar Abizadə onların avtomobilini saxlatdıraraq oğlu ilə mübahisə edib. “Oğlumu hədələdi, təhqir etdi. Mən nə qədər xahiş etdimsə, mümkün olmadı. Daha sonra Vüsal adlı şəxs oğlumu qollarını tutdu, Cəmil isə onu vurdu. Cəmil həmin vaxt mənə də zərbə endirdi”, deyə Aygün Abbasova qeyd edib.

Cəmil Məmmədli isə bildirib ki, ona qarşı irəli sürülən ittihamlardan yalnız bu ittihamla qismən razıdır və ona görə də zərərçəkənlərə heç bir sualı yoxdur.

Daha sonra hadisənin videogörüntüsü yayımlanıb.

Proses noyabrın 2-nə təxirə salınıb.

Xatırladaq ki, jurnalist Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.

Jurnalist ittihamların qondarma olduğunu bildirir.

Əvvəlki yazı

Azər Zeynalov istefa verdi

Sonrakı yazı

12 il həbs cəzası verilmişdi – 1 il sonra bəraət aldı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

04 Sentyabr 2025, 17:00
Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

04 Sentyabr 2025, 14:59
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

04 Sentyabr 2025, 14:56
Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

04 Sentyabr 2025, 14:55
Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

04 Sentyabr 2025, 14:53
Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

04 Sentyabr 2025, 14:46
Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

04 Sentyabr 2025, 14:45
Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

04 Sentyabr 2025, 14:43
23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

04 Sentyabr 2025, 14:29
Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09
Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

03 Sentyabr 2025, 16:07
“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

03 Sentyabr 2025, 16:05
17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

03 Sentyabr 2025, 16:00
Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

03 Sentyabr 2025, 15:57
Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

03 Sentyabr 2025, 15:55
Qaxda yanğın — VİDEO

Qaxda yanğın — VİDEO

03 Sentyabr 2025, 13:41
Azərbaycanda müğənni narkotikə görə həbs edildi

Azərbaycanda müğənni narkotikə görə həbs edildi

03 Sentyabr 2025, 13:04

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.