10-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rüfət Nasosnu əsəbiləşdi: “Narkoman istəyir ki, hər kəs onun kimi olsun”

03 Oktyabr 2023, 15:36
Cəmiyyət
A A
Rüfət Nasosnu əsəbiləşdi: “Narkoman istəyir ki, hər kəs onun kimi olsun”

“Heç kim deyə bilməz ki, Rüfət mənə narkotik təklif edib. O qədər insanı bu yoldan çəkindirmişəm ki”.

Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Rüfət Nasosnu deyib. O, narkotik istifadəçilərinə səslənərək, pis vərdişlərdən uzaq durmağa çağırıb:

“Daha dərin bir şey ardınca düşsünlər. Hərdən mənə deyirlər ki, necə olur sən nəşə, siqaret çəkmirsən, içki içmirsən, bəs nədən həzz alırsan? Sənin həzz aldığın nəsə yoxdur? Cavab verirəm ki, var, niyə yoxdur? Yığıram qohumlarımı başıma, gedib yaxşı yerlərdə oturub dincəlirik. Qohum toylarına gedirik, baxıram hamının üzü gülür. Toyda onlar oynayır, mən də kənardan baxıb həzz alıram. Bacarırsan həyatdan həzz al. Ən böyük həzz Allahı tapmaqdadır. İnsanın güvəndiyi bir şey olmalıdır, nəyəsə, kiməsə görə yaşamalıdır. İnsan qorxmadığı yer olmayanda azğınlaşır, istədiyi hər şeyi edir, məsələn, Hitler kimi. Əmr verir ki, hamını öldürün. Hər bir insan gücü çatdığı qədər ətrafına zülm edir”.

Rüfət Nasosnunun fikirincə, narkomanın keçmişi olmur:

“Narkoman həmişə narkomandır. Rusların belə bir sözü var, narkoman məzuniyyətə çıxır, pensiyaya çıxa bilmir. Bu məntiqlə bəzi adamlar da mənə yaxınlaşır, elə bilirlər ki, mən də o biriləri kimiyəm, narkotiki tərgitməmişəm. Narkotiki təzə tərgidəndə meyxana deyənlərdən yaxınlaşıb təklif edirdilər ki, gəl qonaq ol. Görüblər ki, yox ey, mən o Rüfət deyiləm. Bu gün cəmiyyət belə bitəhərdir, meyxana deyənlərə yuxarıdan aşağı baxırlar. Deyirlər “ola bilməz, birazdan yenə başlayacaq narkotikaya, rola girib”. Bəzi adamlar elə bilir ki, narkotik olmadan meyxana demək olmur. Yəni, meyxana deyən ya içməlidir, ya da narkotik qəbul etməlidir. İnsanları qınamaq olmaz”.

Rüfət Nasosnu hesab edir ki, meyxanaçılardan bəziləri zamanında bu işlə məşğul olub deyə, meyxanaçı deyəndə göz önünə narkoman gəlir:

“Meyxana deyənlərin 95%-i narkotik istifadə edirdisə, indi 95%-i bundan istifadə etmir. Kim narkotik istifadə edirdisə, indi onlar da düzəlir. Düzəlməsələr də, o dünyada Allah onları düzəldər. Bu gün cəmiyyət aqresivləşib. Adam var ki, evdə üstünə arvad qışqıran kimi, girib internetdə məni söyür. Deyir ki, ola bilməz bu adam narkotiki tərgitsin, başqa birinə müdiri maaşını vermir, o da məni təhqir edir. Kimin nə problemi varsa, məni söyür. ATV mənim çıxışımı paylaşıb, girib şərhlərdə məni söyürlər. Tərbiyyəsizin biri yazıb ki, “bəsdirin, bunları göstərdiniz”. İnsan tanımadığı adamı söyər? Heç kimi söymək, təhqir eləmək olmaz. Lap belə qarşı tərəf səni söysə də, ədəblə danışmalısan. Əgər Milli Məclisdə təhqirə görə qərar qəbul olunsa, çox yox, hər söyüşə görə 50-100 manat cərimə tətbiq olunsa, sosial şəbəkələr düzələr. Burada hamını söyürlər, tərbiyyəsizlik baş alıb gedir”.

Rüfət Nasosnu valideynlərə də müraciət edib:

“Atalar-analar ailənizlə maraqlanın, mehriban olun. Kişi evə pul gətirməyəndə, yaxud da səhv edəndə onu kəsib atmaq olmaz. Qadınlar, görsəniz ki, əriniz narkotikə meylənib, onu mehribancasına çəkindirə bilərsiniz. Hər şey siqaretdən başlayır. Siqaret, marixuana, sonra da zirzibil. Narkoman belədir ki, istəyir hər kəs narkoman olsun. Fahişə istəyər ki, hamı fahişə olsun, təki o diqqət mərkəzində olmasın. 60 mənzilli binada bir fahişə qalarsa, hamı ondan danışar, ancaq 20 fahişə qalarsa, heç kəs onlardan danışmayacaq, hər şey adiləşəcək”.

Əvvəlki yazı

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırır

Sonrakı yazı

Baş Prokurorluq: “Məhkəmə Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən şəxslə bağlı yekun qərar çıxarmayıb”

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

09 Sentyabr 2025, 13:20
Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

09 Sentyabr 2025, 13:18
Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.