22-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Abşeron rayonunda 2022-ci il sentyabr şəhidləri anılmışdır

16 Sentyabr 2023, 15:57
Cəmiyyət
A A
Abşeron rayonunda 2022-ci il sentyabr şəhidləri anılmışdır

 

Abşeron rayonunda ötən ilin 12-13 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı qəhrəmancasına şəhid olan hərbi qulluqçuların anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə RİH başçısı Abdin Fərzəliyev, rayonun idarə-təşkilat rəhbərləri, YAP Abşeron rayon Təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak etmişdir.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra RİH tərəfindən hazırlanmış və Azərbaycanın düşmən üzərində şanlı qələbəsinə və şəhidlərimizin xatirəsinə həsr olunan sənədli film nümayiş etdirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin möhkəm siyasi iradəsi, uzaqgörənliyi və xalqımızın “Dəmir Yumruq” ətrafından sıx birləşməsi ilə şanlı ordumuz düşmən üzərində döyüş meydanında qalib gəlmişdir. Bu qələbə ilə itirilmiş ərazilərimizi geri qaytaran Müzəffər Ali Baş Komandan dədə-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın böyük qayıdışının əsasını qoymuşdur. Azərbaycan igidlərinin döyüş meydanında göstərdiyi qəhrəmanlıqlarından danışan RİH başçısı qeyd etmişdir ki, respublikamızın bütün ərazisində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərilir və bu qayğı bundan sonra da daimi xarakter alacaqdır.
Daha sonra şəhid Hüseyn Nəcəfzadənin anası Könül Nəcəfzadə, şəhid Nəzər Əzizovun həyat yoldaşı Nərmin Əzizova və Vətən Müharibəsi iştirakçısı Vidadi Əliyev çıxış edərək bildirmişlər ki, ərazi bütövlüyümüzün təmini, Qarabağda həyata keçirilən abadlıq quruculuq işləri və soydaşlarımızın qayıdışı xalqımızı fərəhləndirir. İgidlərimizin milli amal, ana vətən uğrunda şəhidlik zirvəsinə yüksəldiyini vurğulayan çıxışçılar dövlətimizin şəhid ailələrinin və müharibə iştirakçılarının daima yanında olduğunu, onlara böyük diqqət və qayğı göstərildiyini qeyd etmiş və bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə etmişlər.
Daha sonra vətənə, qələbəyə və şəhidlərimizə həsr olunmuş bədii hissə təqdim olunmuşdur.
2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində ordumuza qarşı törətdiyi növbəti təxribat nəticəsində şəhid olmuş, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətənə xidmətə görə”, “Vətən uğrunda” medalları ilə təltif olunmuş Qarazadə Nicat Mikayıl oğlunun II Fəxri Xiyabanda məzarı ziyarət edilmişdir. Ziyarətdə Abşeron RİH başçısı Abdin Fərzəliyev, millət vəkili Bəhruz Məhərrəmov, şəhid ailələri və qazilər iştirak etmiş, şəhidin döyüş yolundan danışılmış və ruhuna dualar oxunmuşdur.
O cümlədən dövlət başçımızın müvafiq sərəncamları “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Vətən Müharibəsi iştirakçısı” medallarına laiq görülmüş şəhid baş leytenan Hüseyn Nəcəfzadənin il mərfasimi keçirilmişdir. RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti şəhidimizin Saray qəsəbə Şəhidlər Xiyabanındakı məzarını ziyarət etmiş, şəhidin döyüş yolundan danışılmış, ruhuna dualar oxunmuşdur.
Qeyd edək ki, 15 sentyabr “Bilik günü” ilə əlaqədar abşeronlu şəhidlərin məktəb yaşlı övladlarının hər birinin şəxsi hesablarına tədris ləvazimatlarının alınması üçün vəsaitlər köçürülmüşdür. O cümlədən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeninə, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülən şəhid mayor Elşad Həsənovun qızı Aysun Həsənli də bu il ali məktəbə daxil olması münasibəti ilə təbrik edilmiş və ona hədiyyələr təqdim olunmuşdur.

 

 

 

Əvvəlki yazı

Qarabağ Regional Təhsil İdarəsi 22 məcbur köçkün ailəsinin problemini niyə həll etmir? – Ölkə başçısına müraciət (VİDEO)

Sonrakı yazı

”Sədərək Yüsif”in qardaşı oğlu üzərimə silah çəkib, məndən dövlət məmurlarının əleyhinə danışmağmı tələb etdi” – SENSASİON VİDEO

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

21 İyul 2025, 13:41
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21 İyul 2025, 13:34
Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır

21 İyul 2025, 13:31
Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

21 İyul 2025, 13:28
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

21 İyul 2025, 13:27
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

21 İyul 2025, 13:24
“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.