“Satılan dərs ləvazimatlarının saxta və keyfiyyətsiz olması ilə bağlı məlumatlar çoxalmaqdadır”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib. Ekspert bildirib ki, bu problemlə bağlı hüquq-mühafizə orqanları ölçü götürməlidir:
“Bu problem hər il dərs başlayanda üzə çıxır. Ölkədə çoxlu sayda işbazlar, ayrı-ayrı məktəb ləvazimatlarını saxtalaşdırmağa cəhd edən kifayyət qədər qüvvələr var. Bu kimi şikayətlər hər il hüquq-mühafizə orqanlarına da daxil olur. Bununla bağlı tədbir görülməlidir”.
Məzahir Məmmədli bildirib ki, bazara nəzarət etmək Elm və Təhsil Nazirliyinin işi deyil:
“Həmişə nazirliyi tənqid edirik, amma bu problem onlarlıq deyil”.