Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri təxribat əməllərini davam etdirirlər.
APA xəbər verir ki, əldə edilmiş görüntülərdən aydın olur ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa, yeni mövqelər quraraq, orada tərtiblənməyə cəhd göstərirlər.
Qeyd edək ki, qeyri-qanuni erməni silahlı dəstələrinin bu kimi təxribat əməlləri son vaxtlar daha da intensivləşib.
15:46
Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş texnikasının kaponirləri müşahidə edilir.
Oxu.Az-ın məlumatına görə, qanunsuz erməni silahlı qruplaşmaları döyüş texnikasını maskalamaq üçün mühəndis işlərini davam etdirirlər.
davam etdirirlər.
davam etdirirlər.