07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ulu Öndər Heydər Əliyevin azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında misilsiz xidmətləri olub

01 Avqust 2023, 23:16
Cəmiyyət
A A
Ulu Öndər Heydər Əliyevin azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında misilsiz xidmətləri olub

 

Dövlət dilimiz, ana dilimiz Azərbaycan dili ölkəmizdə
hakim dildir. Nəinki azərbaycanlılar, respublikamıza
xaricdən gələn qonaqlarımız, dostlarımız,
həmkarlarımız da bu dilə hörmət edirlər, bu dili
öyrənmək, bu dildə danışmaq istəyirlər. Bu çox
sevindirici haldır. Bu, eyni zamanda müstəqil
respublikamızın əsas atributlarından biri olan
azərbaycan dilinin inkişaf etməsini göstərir.
Heydər Əliyev

 

Dil insan ünsiyyətinin çox mühüm vasitəsidir. Hər bir xalqın dili sözdə təcəssümünü tapan tarix yaddaşıdır. Xalqın minilliklərlə hesablanan mənəvi mədəniyyəti, həyatı onun dilində , dilin şifahi və yazılı formalarında, müxtəlif janrların abidələrində öz əksinin tapır.
Bizim ana dilimiz azərbaycan dilidir. Bi dildə danışanların sayı 50 milyon nəfərdən artıqdır. Azərbaycan ədəbi dilinin lüğət tərkibində 100 minədək söz var.
Azərbaycan ədəbi dilinin təqribən min illik tarixi var. Dilimiz olduqca zəngin, musiqili və çox zərif incə bir dildir.
Tarix boyu xalqımız müxtəlif əsarətlərə məruz qalıb fars, ərəb, rus, əsarəti və işğalları nəticəsində müəyyən dövrlərdə Azərbaycan xalqı müxtəlif dillərdə danışmağa məcbur qalmışdı.
Onu da qeyd edim ki, bu gün də Güney Azərbaycanda soydaşlarımız fars dilində danışmağa məcbur edilirlər. Və hələ də onlar fars dilli məktəblərdə təhsil alırlar. Lakin etiqadlarımızı, adət-ənənəmizi, şifahi ana dilimizi unutmamağa çalışırlar.
Öz ana dilini göz bəbəyi kimi sevən Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz qalsa da əsrlərdən bəri şifahi dilimizi, dilimizin gözəlliyini qoruyub saxlayaraq bu günə gətirib çıxarıb.
Əcdadlarımızın bizə miras qoyub getdiyi bayatılarımızdan, nağıllarımızdan, laylalarımızdan, eldən-elə dolaşan dastanlarımızdan qədim abidələrimizdən başlayaraq, şairlərimizin, yazıçılarımızın, mütəfəkkirlərimizin zəngin irsi ilə bizə çatan bu misilsiz sərvət Azərbaycan xalqı müstəqillik qazandıqdan sonra əsas milli atributlardan biri kimi qəbul edilib və inkişaf edir.
Hər bir dili inkişaf etdirən, yaşadan xalq olsa da onun zənginləşməsi, beynəlxalq nüfuz qazanması, dünya dilləri arasında özünəməxsus yer tutması xalqın seçilmiş övladları tərəfindən həyata keçirilir.
Respublikamızda ana dilimizin istifadəsinin genişlənməsinə, ümumilikdə, bu sahəyə xüsusi qayğı əsasən vətənini, xalqını canından artıq sevən müdrik dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsindən sonra geniş vüsət alıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında misilsiz xidmətləri olub.
Heydər Əliyev hələ altmışıncı illərin sonunda Azərbaycana rəhbərlik etdiyi vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərib.
Azərbaycan dilini-ana dilini böyük məhəbbətlə sevən Ümummilli Lider Heydər Əliyevin ana dili haqqında dediklərindən: “Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir…
İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalarımızdan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
Hələ 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında Heydər Əliyev tərəfindən ayrıca maddə daxil edilib. Hansı ki, həmin vaxtlar-Azərbaycanın SSRİ-nin tərkibində olan bir vaxtda bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan iş deyildi.
30-cu illərdə bildiyimiz kimi, dil məsələsini qabardanlar Sibirə sürgün edilirdi. Hətta milli respublikaların rəhbərləri də dil məsələsini heç vaxt gündəmə gətirmirdilər. Bu vəziyyət 60-cı illərdə də davam edirdi.
Ulu Öndər eyni zamanda tarixi şəxsiyyətlərimizin, alimlərimizin, şair və yazıçılarımızın yubileylərinin yüksək səviyyədə keçirilməsi üçün sərəncam imzalamış, onların dünya mədəniyyətinə tanıtmağın gərək olduğunu vurğulamışdı: ”XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər”.
Ümummilli Liderimiz eyni zamanda qeyd etmişdir ki, biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.
Ümumilikdə azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin yüksək kürsülərindən səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, yad təsirlərdən qorunması, onun saflığı, təmizliyi istiqamətində yeritdiyi siyasət bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Şəhla Ağbulud
“Abşeron “ qəzetinin baş redaktoru

Əvvəlki yazı

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının vaxtı açıqlandı

Sonrakı yazı

Ermənistana məxsus kvadrokopter ələ keçirilib – MN

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.