20-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

KTMT Baş katibi postuna Bakı ilə sıx bağı olan general gətirilir –Stanislav Zas kimdir?

05 Noyabr 2018, 00:13
Siyasət
A A
KTMT Baş katibi postuna Bakı ilə sıx bağı olan general gətirilir –Stanislav Zas kimdir?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna Belorus Respublikasının dövlət təhlükəsizlik katibi Stanislav Zasın namizədliyi müzakirə olunur.

Musavat.com xəbər verir ki, bununla bağlı son qərar alyansın liderlərinin 8 noyabr zirvəsində qəbul olunacaq.

Məlumatda deyilir ki, Ermənistanın bu posta iddia etməsi mübahisəli vəziyyət yaradıb.

Xatırladaq ki, erməni general Yuri Xaçaturova 1 mart 2008-ciil hadisələrinə görə ittiham elan olunmasından və onun geri çağırılmasından sonra baş katib postu boş qalıb. Ermənistan nümayəndəsi 2020-ci ilədək seçildiyi halda, yalnız il yarım baş katib vəzifəsini tuta bilib. Odur ki, İrəvan KTMT-nin növbəti sammitində Xaçaturovun başqa bir erməni hərbçi ilə əvəzlənəcəyinə ümid bəsləyir.

8 noyabrda KTMT ölkələri (Rusiya, Belorus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan) qurumun təhlükəsizlik şurasının sessiyasında iştirak edəcəklər. Bu iclasda qurumun baş katibi ilə bağlı qeyri-müəyyənliyə nöqtə qoyulacağı gözlənilir.

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın mətbuat katibi Arman Yeqoyan deyib ki, baş katib məsələsi Qazaxıstanda “mütləq müzakirə olunacaq”.

Diplomatik qaynaqlara istinad edən Rusiya mediasının yazdığına görə, çox güman ki, KTMT-nin yeni baş katibi Belorus nümayəndəsi olacaq. Y.Xaçaturov geri çağırıldıqdan sonra, yəni 2 noyabrdan etibarən baş katib səlahiyyətlərini Rusiya nümayəndəsi Yuri Semernikov icra edir.

Ancaq gözləntilərə görə, baş katibin təyinatı rotasiya prinsipi əsasında həllini tapacaq. Ermənistandan sonra isə qurumda əlifba sırası ilə növbəti ölkə olan Belorusdur.

Son günlər Ermənistan mətbuatı Belorusun İrəvana güzəştə gedib-getməyəcəyi barədə yazılar dərc etməkdədir. Ancaq Belorusun Azərbaycanla çox isti münasibətləri işğalçı ölkədə bədbin ehtimallara rəvac verib.

Belorusun KTMT-dəki namizədinə gəldikdə, onu da Azərbaycanla bağlayan fakt var. 54 yaşlı general-mayor Stanislav Zas 4 noyabr 2015-ci ildən Belorus təhlükəsizlik şurasına rəhbərlik edir və öz fəaliyyəti ilə KTMT-də yaxşı tanınır. O,  həm də qurumun təhlükəsizlik şurasının komitə sədridir.

S.Zas 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Həmçinin 1996-cı ildə Belorus Hərbi Akademiyasını, 2005-ci ildə isə Rusiya Federasiyası Baş Qərargahının hərbi akademiyasında təhsil alıb. Silahlı qüvvələrdə müxtəlif vəzifələrdə xidmət keçən Zas 2008-ci ilin avqustunda Belorus dövlət təhlükəsizlik şurasının katibinin müavini təyin edilib.

Əvvəlki yazı

“Cənub Qaz Dəhlizi” layihəsi sanksiyalardan kənarda qalacaq –Kəmər antiiran siyasətində istisnalar siyahısına düşüb

Sonrakı yazı

Bu gündən Milli Məclisdə büdcə müzakirələri başlayır

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.