04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sabahdan İrana qarşı sanksiyalar sərtləşir:Kim qalib, kim məğlub olacaq?

03 Noyabr 2018, 22:54
Manşet
A A
Sabahdan İrana qarşı sanksiyalar sərtləşir:Kim qalib, kim məğlub olacaq?

Avropa ölkələri ilə ticarət və maliyyə əməliyyatlarını həyata keçirmək üçün xüsusi mexanizm hazırdır və gələn həftədən fəaliyyətə başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib. O bildirib ki, noyabrın 4-dən ABŞ-ın yeni sanksiyaları qüvvəyə minəcək. Lakin 4 noyabr digər günlərdən fərqlənməyəcək və İran üçün adi günlərdən biri olacaq.

Dünya mətbuatı noyabrın 4-dən sonra İranda nə kimi hadisələrin baş verəcəyini səbirsizliklə gözləyir. Lakin noyabrın 4-dək baş verən hadisələr siyasi şərhçiləri bəzi fikirlər irəli sürməyə vadar edib. İran rəsmiləri ölkə iqtisadiyyatının sanksiyalara hazır olduğunu bildirsələr də, problemlər qaçılmaz olacaq.

Nəzərə çatdırmaq lazımdır ki, ABŞ öz istəyinə, yəni, İranda hakimiyyət dəyişikliyinə çətin nail olsun. Əvvəla, ABŞ İranın Milli Neft Şirkətinin Böyük Britaniyanın BP neft şirkəti ilə Şimal dənizində neft və qaz hasil etməsinə icazə verib. Digər tərəfdən, 8 ölkə sanksiyalardan kənarda saxlanılıb və onlar da İrandan neft almaqda davam edəcəklər.

ABŞ mətbuatının yazdığına görə, rəsmi Vaşinqton İranı beynəlxalq bank əməliyyatları keçirmək üçün istifadə olunan SWIF sistemindən də məhrum edə bilməyib. Bütün bunlarla yanaşı, M.Vaezinin dediyi kimi, Avropa ölkələri ilə də ticarət və maliyyə əməkdaşlığı xüsusi mexanizmlə davam edəcək.

Əgər İranda baş vermiş 1979-cu il inqilabından sonra ABŞ-ın bu ölkəyə qarşı sanksiyaları bir sıra dünya dövlətləri, o cümlədən Avropa İttifaqı tərəfindən dəstəklənirdisə, bu gün demək olar ki, heç bir dövlət Donald Trampın sanksiya siyasətinə dəstək vermədi. Buna baxmayaraq Tramp sanksiyaları tətbiq etdi. Lakin yuxarıda qeyd etdiyimiz kimi, bir çox güzəştlər etməyə də məcbur oldu.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ Avropadakı müttəfiqləri ilə meydana çıxan problemləri həll etmək iqtidarına malikdir. Ancaq məsələ milli maraqlara toxunanda rəsmi Vaşinqton Avropadakı müttəfiqlərini itirmək riski ilə üz-üzə qalaraq güzəştlərə məcbur oldu. Dolayısı ilə Avropanın karbohidrogen ehtiyatlarına olan tələbatının ödənilməsinə qadağa qoymaq müttəfiqlər arasında yaranan problem deyil, düşmənçilik kimi qiymətləndirilə bilərdi.

Bunu nəzərə alaraq, İranın Avropa ilə birlikdə hazırladığı xüsusi mexanizm çərçivəsində ticarət və maliyyə əməliyyatlarını davam etdirməsini də ABŞ səssizcə qarşılayacaq.

Yuxarıda deyilənləri nəzərə alaraq belə bir qənaətə gələ bilərik ki, ABŞ-ın sabahdan etibarən İrana qarşı sanksiyaları daha da sərtləşdirməsi o qədər ciddi təsirə malik olmayacaq. İran mövcud imkanlardan istifadə edərək iqtisadiyyatının çökməsinə imkan verməyəcək və ölkə normal qaydada idarə olunacaq. Bununla iki dövlət arasındakı münaqişə də başa çatan deyil. Bu münaqişənin nə vaxta kimi davam edəcəyini və kimin qalib olacağını isə zaman göstərəcək.

Əvvəlki yazı

Ərdoğandan Rusiyanı məyus edəcək açıqlama:“Krımın qeyri-qanuni ilhaqını tanımırıq”

Sonrakı yazı

Türkiyə Uqandadakı səfirini geri çağırıb- Protokol qaydalarına uyğun geyinmədiyinə görə

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.