“Zəlzələ baş verəndə uşaqlarda valideynlərini, doğmalarını itirmək qorxusu yaranır”.
Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov zəlzələnin uşaqlarda yaratdığı hisslərdən danışarkən deyib. Psixoloq hesab edir ki, baş vermiş hadisə uşaqların davranışlarında, yuxusunda problem yarada bilər:
“Ona görə də valideynlər dünən baş verən zəlzələ ilə bağlı uşaqlarını doğru, obyektiv məlumatlandırmalıdırlar. Belə olarsa, uşaqlar qorxu hisslərini kənarda qoyacaqlar. Uşaqların zəlzələyə reaksiyası valideynlərin reaksiyasına çox vaxt adekvat olur. Uşaq görəndə ki, valideyn narahatdır, özü də təlaşlanır. Valideynlər baş verən məsələdə nə qədər soyuqqanlı olsalar bu uşaqların durumuna müsbət əssir göstərəcək”.
Psixoloq uşaqların da sosial şəbəkə istifadəçisi olduğunu və məlumatlar aldıqlarını vurğulayıb:
“Hər şeyi izləyirlər. Dünənki zəlzələ 5, 5 bal gücündə idi. Bakı şəhərində elə insan oldu ki, zəlzələni hiss etmədi, elə insan oldu həyacanlandı, elə insan da var ki, hələ də evinə girməyə qorxur. Bu prosesə reaksiyalar birmənalı olmadı. Bunun səbəbi də bu ilin fevral ayında qardaş Türkiyədə baş verən zəlzələ faciəsiddir. İnsanlar düşündü ki, Türkiyədəki vəziyyət Azərbaycanda yaşanacaq, bizdə də dəhşətli fəlakətlər ola bilər və insanlar əzizlərini itirəcək. Uşaqları yaxşı bilgiləndirsələr onlarda yaranan hisslər də keçəcək”.