Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Reportyor.info -ya Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edək ki, zəlzələ Azərbaycanın bir neçə rayonunda və paytaxt Bakıda hiss olunub.
00.26
Xəzər dənizində 5,2 bal gücündə zəlzələ baş verib.
Reportyor.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəz məlumat yayıb.
Yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib. Zəlzələ o cümlədən Bakı və Abşeron yarımadasında, eləcə də şimal bölgəsində hiss olunub.
00.05
Bakıda zəlzələ olub
Reportyor.info xəbər verir ki, bununla bağlı sosial şəbəkə istifadəçiləri də paylaşım edib.
Paytaxtın bir çox ərazilərində yeraltı təkanların daha çox hiss olunduğu qeyd edilir.