İngiltərə Premyer Liqası və Çempionlar Liqasının son qalibi “Mançester Siti” ilk transferini reallaşdırıb.
Qaynarinfo-nun məlumatına görə “Şəhərlilər” “Çelsi”dən Mateo Kovaçiçi transfer etdiklərini açqılayıb. 29 yaşlı xorvatiyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalandığı bildirilib.
“Mançester Siti”nin bu yay transfer etdiyi ilk futbolçu olan Kovaçiç yeni klubu haqda açıqlamasında, “Mənim üçün dünyanın ən yaxşı komandasıdır. Bu komandaya qoşulmaq hər bir futbolçunun arzusudur. Hələ öyrənməli və inkişaf etdirməli olduğum çox şey var. Pep Qvardiolanın rəhbərliyi altında daha yaxşı futbolçu ola biləcəyimi anlayıram. Bu, mənim üçün həqiqətən həyəcanlıdır” – sözlərini deyib.
2018-ci ildən “Çelsi”nin formasını geyinən futbolçu bu komandanın formasında meydana çıxdığı 221 oyunda 6 qola imza atıb.