Naxçıvanda silahlı şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Reportyor.info-ya verilən xəbərə görə, Babək Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Cəhri qəsəbə sakini M.Niftəliyevin yaşadığı evin həyətinə baxış zamanı “Naqan” tipli tapança və 7 ədəd patron aşkar edilərək götürülüb.