Qazaxıstanın Abay rayonundakı Semey meşə massivində dünən baş verən yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Alovun tədricən yayılması ilə əlaqədar bölgəyə gücləndirilmiş yanğınsöndürən maşınlar və helikopterlər göndərilib.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada indiyədək 30 min hektar ərazinin yandığı bildirilib.
Bildirilib ki, 600-dən çox canlı qüvvə, 68 texnika və 6 helikopterlə alovla mübarizə davam edir.
Qazaxıstan Rəyasət Heyətinin Mətbuat Xidmətindən verilən yazılı açıqlamada yanğın bölgəsində 3 meşə məmurunun həyatını itirdiyi, itkin düşən 11 zabitin axtarıldığı açıqlanıb.
Semey qubernatorluğundan verilən açıqlamada şəhərdə fövqəladə vəziyyətin elan edildiyi bildirilib.