Bordo-mavililər ilk transferini edib və Dimitrios Kurbelislə anlaşıb. Qaradənizlilərin çalışdırıcısı Nenad Bjelica 29 yaşlı ön libero ilə bağlı fikirlərini açıqlayıb və futbolçunun onlara üstünlük verilməsinə səbəb olduğuna aydınlıq gətirib.
class=”medianet-inline-adv”>
Yunan mətbuatından Sdna-ya danışan xorvatiyalı çalışdırıcı, “Kurbelisin Trabzonspor üçün vacib oyunçu olmasını gözləyirəm. O, uzun illər “Panatinaikos”un kapitanı və lideri olub. Eyni şeyin indi komandamız Trabzonspor üçün də olacağını gözləyirəm” dedi.
“Bordo-mavilər”in oyunu təcrübəli futbolçu üzərində qurmaq istəyinin olduğunu qeyd edən Bjelica sözlərini belə davam etdirib: “O, müdafiəyə meyilli yarımmüdafiəçi və boks-boks kimi oynaya bilən futbolçudur. Dimitriosun təcrübəsi ilə məncə o, Trabzonsporun Türkiyə liqasında ilk üçlüyə qayıtmasına kömək edə bilər”.
