“Fənərbaxça”nın əfsanəvi futbolçularından olan Aleks de Souza, sarı-göylü komandanın oynayacağı Ziraat Türkiyə Kuboku finalı öncəsi oğlu Felipe ilə birlikdə Samandıra Can Bartu Təsislərində olub.
class=”medianet-inline-adv”>
Səfər zamanı baş məşqçi Xorxe Jesus və gənc istedad Arda Gülər ilə görüşən Aleks bir müddət sarı-göylü komandanın məşqini izləyib və dəstəyini çatdırıb.
GƏLMƏNİN SƏBƏBİ BURADA
Bu səfərdən sonra Aleksin İstanbula niyə gəldiyi maraq doğurub.
Skorerin məlumatına görə, əfsanəvi futbolçu İstanbulda keçiriləcək Çempionlar Liqasının finalı üçün Türkiyəyə gəlib. Aleks son gün Braziliya televiziyasının şərhçisi olacaq.