11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Aydın Quliyev: “Onun taleyini yaşamaq istəməyənlər şantajdan uzaq durmalıdır…”

29 Oktyabr 2018, 10:51
Cəmiyyət
A A
Aydın Quliyev: “Onun taleyini yaşamaq istəməyənlər şantajdan uzaq durmalıdır…”
Azərbaycanda mətbuat və söz azadlığının mövcud imkanlarından sui-istifadə hallarının qarşısının qətiyyətlə alınması milli təhlükəsizliyin və ictimai həmrəyliyin çox vacib şərtlərindən biridir. Bu barədə “Trend”-ə açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktor bildirib ki, ölkəmizdə bu istiqamətdə ictimai qınaq və hüquqi cəza müstəvisində atılan addımlar səmərə verir və özünü tam doğruldur:
“Mətbuat Şurasının tənbeh tədbirləri və hüquq-mühafizə orqanlarının addımları prinsipcə bir-birini tamamlayır və hüquqi dövlətçilik mühitinin daha təkmilləşməsinə öz töhfəsini verir. Mətbuat Şurasının konkret media subyektləri ilə bağlı qərar və tövsiyələri mütləq əksər hallarda anlayısla qarşılanaraq fəaliyyət üçün əsas götürüldüyü halda, peşə etikasına və müvafiq qanunlara saymazyana yanaşaraq öz ziyanvericilik işini davam etdirən media rəhbərləri də tapılır. Bu günlərdə “Reallq.info” saytının rəhbəri İkram Rafiqoğlu ilə bağlı hüquq-mühafizə orqanlarının qəbul etdiyi qərar sərt görünsə də, yetərincə böyuk əsaslara malikdir. Azərbaycan hüquq cəmiyyətini möhkəm bərqərar etmək yolu ilə getdiyi üçün burada bütün peşələr kimi, jurnalistlərin də fəaliyyəti qanunla və peşə etikası qaydaları ilə tənzimlənir, eləcə də bütün cəzalar qanun çərçivəsində həyata keçirilir. İkram Rafiqoğlu Mətbuat Şurasının tövsiyə və iradlarına illər boyu pozucu və bloklayıcı münasibətlə özü haqqında hüquqi müstəvidə müvafiq qərarın qəbul edilməsini tam yetişdirdi, hüquqi cəzasını aldı”.
A.Quliyev qeyd edib ki, hər bir media orqanı və jurnalist dövlətin himayəsi altında olduğu kimi, toxunulmaz və dövlət adından çıxarılan qanuni cəzadan yan keçmək imtiyazına malik ola da bilməz: “Dövlət müvafiq cəzalarla istənilən şəxsə həm də islah olunmaq şansı verir. İkram Rafiqoğlu barədə hüquqi qərar jurnalist adı altında həyata keçirilən qanunazidd əməllərin qarşısının alınması naminə atılmış addımdır. İkram Rafiqoğlunun taleyini yaşamaq istəməyənlər jurnalist adı altında insanların şəxsi həyatına müdaxilə, şərəf və ləyaqətin alçaldılması, şantaj edilməsi kimi əməllərdən uzaq durmalı, jurnalist adına və peşəsinə hörmət etməlidir”.
O bildirib ki, Azərbaycanda peşə və qanun prinsipləri ilə aparılan əsl jurnalist fəaliyyəti dövlət və şəxsən cənab Prezident tərəfindən dəstəklənir, himayə edilir və həvəsləndirilir: “Jurnalist adından sui-istifadə şəraitində göstərilən digər qanunazidd əməllərin isə qarşısı davamlı şəkildə alınmalıdır. Bunu cəmiyyətimizin, dövlətimizin və həqiqi jurnalistkanın inkişaf etdirilməsi maraqları tələb edir”.
Qeyd edək ki, İkram Rafiqoğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb. Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İ.Rafiqoğlunun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. O, 26 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Hazırda istintaq araşdırmaları davam edir.
Əvvəlki yazı

Nazirdən qandonduran iş: II qrup əlilə 136 manatı çox gördü, pensiyasını kəsdi – Foto

Sonrakı yazı

Sumqayıt: ana və bala körpəni öldürdülər

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.