“Qalatasaray”ın fransız hücumçusu Bafetimbi Qomis çempionluq mərasimindən sonra sarı-qırmızılılarla vidalaşıb. Təcrübəli hücumçu gələn mövsüm “Qalatasaray”da oynamayacağını açıqlayıb.
class=”medianet-inline-adv”>
Bafetimbi Qomis açıqlamasında “Qalatasaray Çempionlar Liqasında davam edəcək, amma davam edə bilməyəcəm. “Qalatasaray” formasını geyindiyim üçün həmişə fəxr etmişəm” deyib.
37 yaşlı hücumçu bu mövsüm 28 rəsmi matçda “Qalatasaray”ın formasını geyinib. Təcrübəli forvard bu matçlarda 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Sarı-qırmızılı komandada Bafetimbi Qomis iki dəfə Super Liqa çempionluğunu qazanıb.




















