Mayın 18-də evdən çıxaraq bir daha geri qayıtmayan Tovuz rayonu Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyevanın yeri müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Reportyor.info-ya açıqlamasında bildirib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Əfsanə Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib. “Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhətinin normal olduğu, həyatı təhlükəsinin olmadığını dəqiqləşdirib. İlkin məlumata görə Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir”, – deyə o bildirib.