Ermənistan ordusu Azərbaycan sərhədində təxribatlarını davam etdirir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Ermənistan Silahlı Qüvvələri yerli vaxtla saat 07:15 radələrində Kəlbəcər rayonunun Yellice qəsəbəsi istiqamətində Azərbaycan ordusunun mövqelərinə pilotsuz uçuş aparatları ilə hücuma keçib.
Bildirilib ki, ekspertiza zamanı ermənilər tərəfindən pilotsuz uçuş aparatlarından atılan kustar üsulla hazırlanmış güllələrin qalıqları aşkar edilib.
Hücum nəticəsində Azərbaycan hərbçilərinin itkisinin olmadığı bildirilərkən, lazımi ehtiyat tədbirlərinin görüldüyü və bölgədəki gərginliyə görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyü bildirilib.