13-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

RUS KƏŞFİYYATININ QƏTLƏ YETİRDİYİ MÜHACİRLƏR –Qorxunc ölümlərin sayı 20-yə çatır – Araşdırma

13 Mart 2018, 00:36
Seçmə
A A
RUS KƏŞFİYYATININ QƏTLƏ YETİRDİYİ MÜHACİRLƏR –Qorxunc ölümlərin sayı 20-yə çatır – Araşdırma

Keçmiş KQB agenti Sergey Skripal Moskva məhkəməsində 

 

66 yaşlı Sergey Skripal keçən istirahət günlərində Britaniyanın Solsberi şəhərində ticarət mərkəzində huşunu itirib. O, bütün həftəni şəhər xəstəxanasında “naməlum maddənin ehtimal edilən təsirindən” müalicə aldığı intensiv terapiya palatasında keçirib. Başqa sözlə, hökumət hesab edir ki, onu zəhərləyə bilərdilər.

Rusiyanın keçmiş casusu Skripal Rusiya kəşfiyyatının xaricdə Avropa hökumətlərilə işləyən agentlərinin adlarını açıqladığına görə Moskvada həbs cəzasına məhkum edilib. Onu dustaq mübadiləsi üzrə sövdələşmə çərçivəsində azadlığa buraxıblar. Məmurlar hesab edirlər ki, Skripal Kremlin məxfi agentlərinin hücumunun qurbanı olub.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya xüsusi xidmətlərinin bu hücuma istənilən bağlılığını inkar edib. “Hazırda görürük ki, belə faciəli hadisə baş verib, amma buna baxmayaraq,  səbəbin nə ola biləcəyi, bu adamın nə işlə məşğul olduğu, bunun nəylə bağlı ola biləcəyi haqda məlumatımız yoxdur”.

Təhqiqatın gedişində Skripalın həqiqətən də rusiyalı keçmiş həmkarları tərəfindən zəhərləndiyi müəyyən edilsə, bu, belə ilk insident olmayacaq. Rusiya kəşfiyyatı təmsilçiləri sifarişli zəhərləməni nəsə peşə kimi bir şeyə çeviriblər. Ekspertlər rəngsiz və iysiz zəhər yaratmaq üzərində xeyli illər işləyiblər. 1954-cü ildə KQB-dən qaçağın müsahibəsindən irəli gəldiyi kimi, sınaqların bir qismi diri dustaqların üzərində keçirilib. Bəzi zəhərlər, məsələn, zarin əsəb-iflic agenti hətta cüzi dərəcədə tənəffüsdə də öldürücüdür. Başqaları (məsələn, kadmium) toxunma zamanı öldürür. Rusiya bankiri İvan Kvelidi 1995-ci ildə kadmium zəhərlənməsindən ölüb. Hökumət deyir ki, maddəni onun ofisində telefonun dəstəyinə səpiblər.

Rusiyada qadın hüquq müdafiəçisi 2008-də maşınında tapılmış civədən ölüb. 1978-ci ilin məşhur işində bolqar dissidenti Vaterloo körpüsündə çətirlə sancılmadan zəhərlənib. Çətirin ucuna gənəgərçək hopdurulmuşdu. Başqa maddələr qurbanlarda ürəktutması yaradır.

“New York Times” qəzeti yazır: “Heç bir böyük dövlət, Rusiya qədər xaricdə onun maraqlarını satmış kimi görünənlərə qarşı qətldən sistemli və qəddarcasına faydalanmır. Rusiya hüdudlarından kənarda qətl hətta 2006-da ölkə parlamentində qanuni status alıb”.

Bu hücumlar Rusiyada və sərhədlərindən kənarda baş verib. Qafqaza uçuş zamanı jurnalsit Anna Politkovskayanın çayına zəhər qatıblar. O, sağ qalıb, amma sonradan Moskvada öldürüblər. Politkovskaya Putinin qatı tənqidçisi və Çeçenistanda müharibə zamanı məşhur müxbir idi.

Lakin, görünür, Böyük Britaniyadakı rus mühacirləri lubyankalı  zəhərləyicilər qarşısında daha dişbatandırlar. Rusiyanı son 20 ildə Britaniya torpağında, ən azı, daha 14 nəfərin qətlinin təşkilində şübhəli bilirlər. Bu, qismən coğrafiya ilə bağlıdır: London Rusiya diasporunun mərkəzidir.

Amma başqa səbəblər də var. Böyük Britaniya hökuməti bu yaxınlara qədər insanların şübhəli ölüm hallarına zəhərlənmə baxımından yanaşmaqla bunu çətinliklə araşdırırdı. Hökumətin səbrinin səbəbi qisas əndişəsi, polisin səriştəsizliyi və rusiyalıların Britaniya banklarına köçürdükləri və daşınmaz əmlaka qoyduqları milyardlarla Rusiya pullarını saxlamaqdan ibarətdir. Nəticədə Rusiya Böyük Britaniyada “riskli addımlar” atır, bu zaman cavab hərəkətlərindən ehtiyat etmir. Aşağıda rusiyalıların Böyük Britaniyada müəmmalı şəraitdə həyata keçirilən bir neçə ən məşhur qətl hadisələri göstərilib.

Boris Berezovski: Berezovskini, guya, hamam otağında asılmış tapıblar. Polis hesab edib ki,  bu, intihar idi, amma Amerika kəşfiyyatı milyonerin öldürüldüyündən şübhələnir. Onun bir çox silahdaşları da növbəti illərdə həlak olublar.

Skot Yanq. Multimilyoner və superzənginlər dünyasında vasitəçi Yanq uzun illər boyu narahat idi ki, rusların killer komandası onun ovuna çıxıb.  2014-də onu ölü tapıblar: evinin pəncərəsindən yıxılaraq dəmir barıya çarpılımışdı. Polis o zaman bildirib ki, o, həyatla haqq-hesab çəkib və cinayət işi açmayıb. Bununla belə, Amerika kəşfiyyatındakı qaynaqlar daxil olmaqla ekspertlər şübhələnirlər ki, onu öldürə bilərdilər.

Yanqın üç işgüzar tərəfdaşı – Pol Kasl, Robbi Kertis və Conni Eliçaoff Yanqın ölümündən sonra üç il ərzində, guya, intihar ediblər. Amerikanın kəşfiyyat agentlikləri hesab edir ki, hər üçü şübhəli şəraitdə həlak olub.

Badri Patarkatsişvili – gürcü oliqarxı və Berezovskinin biznes tərəfdaşı 2008-də ürəktutmasından ölüb. Ola bilsin, tutmanı zəhər törədib.

Yuri Qloubev – Berezovskinin daha bir tərəfdaşı Qolubev 2007-də Londonda ölü tapılıb. Neft maqnatı və Putinin qatı tənqidçisi Kremlin məşhur düşməniydi. 2003-də qəfil ürəktutmasından ölmüş 46 yaşlı Stiven Mossun həlakı və 2004-də helikopter qəzası nəticəsində həlak olmuş Stiven Kertisin digər şübhəli ölümlər sırasındadır. Hər ikisi bunda şübhəli bilinir ki, pulları Böyük Britaniyaya köçürməkdə Rusiya oliqarxlarına yardım edirdi.

Bu ölümlər silsiləsinin tarixçəsi zəmanəmizin ən təşvişli geopolitik tendensiyalarından birinə – Rusiya məxfi xidmətləri və nüfuzlu cinayətkar qrupların opponentləri aradan qaldırmaq üçün qətllərdən istifadə etməsi və Britaniya hökumətinin buna qarşı durmaq bacarıqsızlığına işıq salır.

Aleksandr Litvinenko – Putinin məşhur tənqidçisi Litvinenko radioaktiv maddə qatılmış çay içəndən üç həftə sonra 2006-cı ildə vəfat edib. 2016-da Böyük Britaniyada aparılan rəsmi təhqiqat müəyyən edib ki, Putin “ehtimal ki” keçmiş KQB agentinin öldürülməsini əmr edib. Hücumu həyata keçirməkdə ittiham edilən Andrey Luqovoy və Dmitrin Kovtun dəxli olduqlarını inkar edərək ehtimal irəli sürüblər ki, London seçkiqabağı Moskvada hökumətdən narazılığı qızışdırmağa cəhd edir. Aleksandr Perepiliçnı – 2009-da Rusiyadan Londona qaçıb və bank köçürmələri haqda ən yüksək səviyyədə korrupsiyanın sübutlarını qeydlər halında İsveçrə hökumətinə təqdim edib. 2012-də qaçış zamanı onda ürəktutması baş verib. Ümumi etirafa görə, o, əla formada idi. 2015-də onun ölümünü Himalyada bitən və Çin xüsusi xidmətlərinin əvvəllər istifadə etdiyi nadir zəhərli bitki hilmeziumla əlaqələndiriblər.

“7 Дней” (ABŞ), 11.03.2018

Tərcümə Strateq.az-ındır.

Əvvəlki yazı

“Azərbaycanın kifayət qədər seçki təcrübəsi var. Ona görə də aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı hər hansı problemin olacağı gözlənilmir. Bütün addımlar Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq atılır”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib. MSK sədri qeyd edib ki, kütləvi informasiya vasitələri seçki prosesini, o cümlədən namizədlərin və səlahiyyətli nümayəndələrin seçkilərə nə qədər maraqlı olduğunu ictimaiyyətə düzgün və dolğun şəkildə çatdırır: “Ümumi mənzərədən görünür ki, Azərbaycan ictimaiyyəti seçki prosesinə fəal qoşulub. Bütün seçicilərə tam imkan yaradılacaq ki, aprelin 11-də öz iradələrini ifadə etsinlər”. Martın 12-də saat 18.00-da namizədlərin müraciətləri ilə bağlı vaxtın başa çatdığını xatırladan MSK sədri Seçki Məcəlləsinə əsəsən Komissiyanın daxil olan sənədlərə daha yeddi gün baxmaq hüququna malik olduğunu söyləyib. O bildirib ki, martın 19-da proses tam başa çatacaq. Bundan sonra namizədlərin seçkiqabağı təşviqat prosesinə start veriləcək.

Sonrakı yazı

MİLYARDLIQ SİLAH BİZNESİ- İŞİD-in qoyub qaçdığı silah-sursatın izləri hansı ölkələrə gedib çıxır?

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36
Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

12 Avqust 2025, 13:35
Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

11 Avqust 2025, 14:27
Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

11 Avqust 2025, 14:11
Vladimir Feketeyə “Dostluq” ordeni verildi

Vladimir Feketeyə “Dostluq” ordeni verildi

11 Avqust 2025, 13:55
Dövlət başçısından daha bir SƏRƏNCAM

Dövlət başçısından daha bir SƏRƏNCAM

11 Avqust 2025, 13:52
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

11 Avqust 2025, 11:30
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

11 Avqust 2025, 11:25
Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

11 Avqust 2025, 11:22
34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

11 Avqust 2025, 11:15
8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

11 Avqust 2025, 11:01

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.