Mayın 13-də baş tutacaq “Sabah” – “Beşiktaş” amtçının hakim təyinatları açıqlanıb.
Reportyor.info-nun məlumatına görə, qardaşlıq oyununun baş hakimi Tural Qurbanov olacaq. Ona köməkçi hakimlər Vüsal Məmmədov və Rəhman İmami kömək edəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
“Sabah” – “Beşiktaş” matçı saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.