24-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Azərbaycanın kifayət qədər seçki təcrübəsi var. Ona görə də aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı hər hansı problemin olacağı gözlənilmir. Bütün addımlar Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq atılır”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib. MSK sədri qeyd edib ki, kütləvi informasiya vasitələri seçki prosesini, o cümlədən namizədlərin və səlahiyyətli nümayəndələrin seçkilərə nə qədər maraqlı olduğunu ictimaiyyətə düzgün və dolğun şəkildə çatdırır: “Ümumi mənzərədən görünür ki, Azərbaycan ictimaiyyəti seçki prosesinə fəal qoşulub. Bütün seçicilərə tam imkan yaradılacaq ki, aprelin 11-də öz iradələrini ifadə etsinlər”. Martın 12-də saat 18.00-da namizədlərin müraciətləri ilə bağlı vaxtın başa çatdığını xatırladan MSK sədri Seçki Məcəlləsinə əsəsən Komissiyanın daxil olan sənədlərə daha yeddi gün baxmaq hüququna malik olduğunu söyləyib. O bildirib ki, martın 19-da proses tam başa çatacaq. Bundan sonra namizədlərin seçkiqabağı təşviqat prosesinə start veriləcək.

13 Mart 2018, 00:34
Siyasət
A A
“Azərbaycanın kifayət qədər seçki təcrübəsi var. Ona görə də aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı hər hansı problemin olacağı gözlənilmir. Bütün addımlar Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq atılır”.  AZƏRTAC xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib.  MSK sədri qeyd edib ki, kütləvi informasiya vasitələri seçki prosesini, o cümlədən namizədlərin və səlahiyyətli nümayəndələrin seçkilərə nə qədər maraqlı olduğunu ictimaiyyətə düzgün və dolğun şəkildə çatdırır: “Ümumi mənzərədən görünür ki, Azərbaycan ictimaiyyəti seçki prosesinə fəal qoşulub. Bütün seçicilərə tam imkan yaradılacaq ki, aprelin 11-də öz iradələrini ifadə etsinlər”.  Martın 12-də saat 18.00-da namizədlərin müraciətləri ilə bağlı vaxtın başa çatdığını xatırladan MSK sədri Seçki Məcəlləsinə əsəsən Komissiyanın daxil olan sənədlərə daha yeddi gün baxmaq hüququna malik olduğunu söyləyib. O bildirib ki, martın 19-da proses tam başa çatacaq. Bundan sonra namizədlərin seçkiqabağı təşviqat prosesinə start veriləcək.

Qurban CƏBRAYIL

 

Bizi 2011-ci ilin mart ayından düz 7 il ayırır. Deməli, dünyanın dəhşətli münaqişə ocaqları sırasında daha birinin də çatılmasının yeddinci ildönümüdür. Qığılcım, fitil isə çox sadə, əksər sülalə hakimiyyətlərinin hökm sürdüyü və Qərbin dövlət çevrilişi hazırladığı ölkələrdəki kimidir: hökumətin siyasətinə “etiraz edən xalq”, “dinc nümayişçilər” arasında peyda olan 7-8 təxribatçının asayiş keşikçilərinə atəşi zəminində cavab tədbirləri, “qəzəblənmiş kütlənin” dövlət idarələrinə, polis şöbələrinə, hərbi hissələrə hücumu, “demokratiya aşiqlərinin” xaricdən siyasi-hərbi dəstəyi və sair və ilaxır. Bütün dünyaya tanış, eyni ssenaridir.

 

Müxalifət hakimiyyətdən istədiyi güzəşt və islahatlarla niyə razılaşmadı?

 

Suriyada da belə oldu: 2011-ci il, martın 15-də əsasən də ölkənin cənubunda – Deraa şəhərində kütləvi etiraz tədbirləri başlandı. Güc strukturları ilə aksiya iştirakçıları arasında baş verən toqquşmalarda rəsmən 43 nəfər, qeyri-rəsmi isə 100-dən çox insan həyatını itirdi. Martın 21-də nümayişçilər hakimiyyətin əsas simvollarından sayılan keçmiş prezident Hafiz Əsədin heykəlini dağıtdılar. Şəhər qubernatorunun iqamətgahı, hakim partiyanın mənzil-qərargahı, məhkəmə binası yandırıldı. Dəməşqdə cümə namazından sonra təxminən 400-500 nəfər Deraa şəhərinin sakinlərinə dəstək məqsədilə nümayiş keçirdilər. Martın 26-da Suriya hökuməti Saydnaya həbsxanasından əksəriyyəti radikal dini qurumların üzvləri olan 260 siyasi məhbusu azadlığa buraxdı. Üç gün sonra prezidentin hökuməti istefaya göndərdiyi barədə məlumat yayıldı, Suriya konstitusiyasının “Hakim BƏƏS dövlətin və cəmiyyətin əsas partiyasıdır” müddəasını özündə ehtiva edən VIII maddəsi dəyişdirildi, fövqəladə vəziyyət rejimi ləğv olundu və digər liberal islahatlar həyata keçirildi. Lakin iqtidarın başqa mühüm güzəştlərlə də bağlı vədlərinə baxmayaraq, qarışıqlıq, xaos nəinki səngimədi, tədricən hökümət qüvvələri və ABŞ, Avropa Birliyi ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında silahlı qarşıdurmalara, daha sonra isə vətəndaş müharibəsinə keçdi.

Bu, 7 il öncəki müsəlman-Şərq məmləkətinə kiçik bir ekskurs, o zamankı siyasi mənzərəyə ötəri baxışdır. Hansı ki, ötən müddət ərzində bütün dünyanın gözü qarşısında ölkə tamamilə yerlə-yeksan olundu – yaşayış məntəqələri dağıdıldı, dinc əhaliyə divan tutuldu, milyonlarla günahsız sakin ev-eşiyindən didərgin düşdü, öldürüldü, şikəst edildi, girov götürüldü, qul kimi satıldı… İndi 60-a qədər dövlətin birbaşa və dolayısı yolla maraqlarının kəsişdiyi Suriyada əslində III Cahan savaşının getdiyi barədə də fikirlər səslənir.

Bəs, nə üçün beynəlxalq hegemonların dişləri məhz qeydolunan ləng inkişaflı ərazidə qana batdı, dünya müharibəsi belə bir kasıb məkanın qapısını döydü? Doğrudanmı, Şərqdə demokratiya axtarışına çıxanların dərd-səri tayfa-qəbilə idarəçiliyini qoruyub saxlayan ərəblərin haqları uğrunda mübarizə idi? Həqiqətənmi, azadlıq carçıları ölkə idarəçiliyinin əhalinin 8 faizini təşkil edən Ələvi azlıq tərəfindən həyata keçirilməsindən, qalan 92 faiz xalqın isə hüquqsuzluğundan narahat idilər? Yoxsa, Bəşər Əsədin də Qərbin İraqın işğalında başlıca bəhanəyə çevirdiyi Səddam Hüseynin kütləvi qırğın silahı kimi, qorxulu arsenalı vardı?

Suallar çoxdur və cavabları hamıya aydındır, yəni, mən bununla hər hansı yeniliyin kəşfi iddiasından uzağam. Sadəcə, bitib tükənməyən insanlıq dramları ilə yoğrulmuş Suriya adlı aysberqin qan gölünün içində qalan, görünməyən tərəfi barədə qənaətimi bölüşmək istəyirəm.

Məsələ ondan ibarətdir ki, sözügedən faciənin də özgə torpaqlarında zorla pərçimlənib “Qoy, özümə yer eləyim, gör sənə neyləyirəm!” azğın prinsipi ilə qəsbkar məskunlaşmasını davam etdirən, neçə-neçə münaqişə, qətliam, soyuq münasibətlər baiskarı İsrailin fitnəsindən törəndiyi dünyanın obyektiv və rövşənfikir siyasi müşahidəçilərinə yaxşı məlumdur.

 

Suriyada məğlubiyyət – irticanın müdhiş niyyəti gözündə qaldı 

 

Azərbaycanda çox gözəl bir atalar məsəli var: “Xain xoflu olar.” Nə qədər özünüaldatma, riyakarlıq, artistvari davranışla pərdələnsə belə, törətdiyi cinayətlər cinayətkarın asudə, rahat həyat tərzinə mane olur. Təcavüz və müstəmləkələr üzərində qurulan, başqalarının yurd-yuvasından didərgin düşməsi hesabına genişlənən imperiya tiranlar, qondarma təsisat başçıları da belə əzablardan xali deyillər. Olub-keçənlər göstərir ki, uşaq qatilləri hətta asanlıqla ölməyi, can verməyi belə bacarmırlar. Dəhşətli əməllərinə görə onları axirətdə hansı aqibətin gözlədiyi elə öz kitablarında da yazılıb.

Amma hələ o dünyaya, oradakı sorğu-suala tələsməyək. Çünki işğalçıdan etdiklərinin izahını tələb edən, vətənin müdafiəsində dayanan, torpaqların azadlığını beynəlxalq təşkilatrların ümidinə qoymayan, fürsət düşdükcə şəhid  atasının, qardaşının, dostunun intiqamını alan mücahidlər bu dünyada da mövcuddur. Livan “Hizbullah”ının, Fələstin “HƏMAS”ının tərs şapalağı sionistlərə yaxşı tanışdır. İslam Respublikasının regionda, dünyada baş verən hadisələrlə bağlı susmaması, məzlumların qanuni haqlarının müdafiəsinə qalxması beynəlxalq mason lojasını, onların diqtəsiylə oturub-duran liderləri əməlli-başlı bezdirib. Neyləməli? İranın sərhədlərinə doğru hər gün bir addım yaxınlaşmaq, zəbt olunmuş ərazilərdən bu ölkəyə qarşı plasdarm qismində istifadə eləmək, “İslam inqilabı ixracının” qarşısını kəsmək və sair. Bax, Suriya İsrailin bu şivəninin, ərköyünlüyünün, iştahasının güdazına getdi, bufer zonaya çevrildi. Qərb bütün gücünü rəsmi Dəməşq əleyhinə işə salmışdı – sırada ABŞ-ın “öz əsgərləri əvəzinə uzaq səhralarda döyüşmək üçün” yaratdığı İŞİD tör-töküntülərini İraqdan çəkib Şama gətirməsindən, terrorçuları müasir silahlar və psixoloji həblərlə təminatından tutmuş, satqın KİV-lərdə “Bəşər Əsəd qaçıb” tipli dezinformasiyalar tirajlamağa qədər çeşidli və dəhşətli vasitələr vardı.

Əlbəttə, qanuni hakimiyyətə dəstək verənlər də tapıldı; qanlı oyunu başlayanların ən azı İran və Rusiyanın əks cəbhədə yer alacağını proqnozlaşdırmadıqlarını söyləmək sadəlövhlük olardı. Bu müharibə adıçəkilən dövlətlərə və xalqlara saysız qurbanlar hesabına başa gəldi ki, itkilər hələ də yekunlaşmayıb. Görünür, irticanın təkəbbür və özündən müştəbehliyi qüvvələr nisbətinin düzgün qiymətləndirilməsinə imkan verməyib. Bir də ki, mübarizənin haqqa söykəndiyinə inam azı çoxaldır, zəifi gücləndirir…

Geridə isə dağılmış, yağmalanmış, yanıb külə dönmüş bir viranə qaldı. Və yeddi illik mücadilədən sonra qəddini düzəltməsindən ötrü neçə 7 illər lazım gələcək. İndi də onun ərazisində terrorçu qovalanır, burada daha çox qalmaq, hərbi bazalar saxlamaq uğrunda çarpışmalar gedir, postsavaş dövründə prosesləri nizamlamaq, statusları müəyyənləşdirmək üçün toplantılar düzənlənir. Bəs, bu gün bölgədə sülh və sabitliyin bərqərarı naminə canfəşanlıq edən nüfuzlu, səlahiyyətli qurumlar niyə 7 il əvvəl fəlakətin önlənməsi istiqamətində təsirli addımlar atmadılar? Görəsən, vaxtilə Suriyanın taleyini şiə ideologiyalı azsaylı “Ələvilərin yönəltməsindən nigaran qalan” murdar planların müəllifləri yeddi il sonra 23 milyonluq xalqın faciəli vəziyyətindən xəbərdardılar?

Sionizmin Obamadan incikliyinin səbəbi Qüdslə bağlı deyil

 

Bir neçə gün əvvəl Vaşinqtonda Donald Trampla Benyamin Netanyahunun görüşü baş tutdu. İsrail Baş naziri Ağ Ev sahibinə paytaxtın Qüdsə köçürülməsi planı ilə əlaqədar dönə-dönə təşəkkür edərək əvvəlki prezidentlərin bu məsələyə toxunduqlarını, lakin hər hansı əməli iş görmədiklərini söylədi. Rəsmi Təl-Əviv son 5-6 ay ərzində dəfələrlə bu mövzuya işarə vurub və rəncidəliyini büruzə verib. Amma hadisələrə diqqətli nəzər tamam başqa mətləbləri ortaya çıxarır: aydınlaşır ki, onları incik salan heç də vurğuladıqları məqam deyil. Əvvəla, gəlin razılaşaq ki, beynəlxalq sionizm istəsəydi, elə Obama dönəmində də Qüds planlarını ən azı indiki qədər qabartmaq və iyrənc məqsədlərlə aləmi qarışdırmağı bacarardı. Görünür, həmin dövrün ABŞ prezidenti ilə razılaşdırılmalı daha mühüm hədəflər vardı. Nə? Elə Suriyanı cəng meydanına çevirərək vətəndaş savaşını körükləməklə həm İsrailin dağınıq bir ölkənin içərilərinə yeriməsini təmin etmək, həm də Fələstində, digər ünvanlarda törətdiyi cinayətlərə zillənən gözləri yummaq… Bəli, artıq prezidentliyinin ikinci-sonuncu dövrəsini fırlanan, Səud rejiminin canfəşanlığı ilə barəsində “müsəlman babanın nəvəsi” dezosu formalaşdırılmış Barak Hüseyn Obama növbəti müsəlman qırğınına xeyir-dua verdi. Bir adamın üzərinə neçə missiya yüklənməlidir ki..? Qüds niyyətləri də qalsın sonra gələn psixopatın öhdəsində…

Rəsmi Vaşinqtondan umu-küsü isə, təbii ki, öz yerində və qüvvəsindədir, ancaq yalnız və yalnız Suriya cəbhəsindəki məğlubiyyətlərə görə... Çünki İsrailin 2011-ci ilin başlanğıcında atdığı bumeranq özünə düşmən sandıqlarını məhv edib-etmədiyi bilinmədən geri qayıdır. Əvvəl düşünürdülər ki, İranla bitişik deyillər, arada Livan, Suriya var, həmin dövlətləri təxribata, xaosa çəkməklə çox şey qazana biləcəklər. Amma İslam Respublikası Bəşər Əsədin dəvəti ilə Suriya kampaniyasına fəal qoşuldu və rəsmi Tehran regionda söz, nüfuz sahibidir. Onun hərbi bazalar yaradaraq ərazidə uzun müddətə qala biləcəyi ehtimalları təcavüzkarın yuxusunu qaçırıb. İŞİD terrorçularını vurub bölgədən çıxaran qüvvələr həmin qruplaşmaların yaradıcılarının və himayədarlarının cəmi 10 kilometrliyində – Qolan təpələri yaxınlığındadır. İsrail acizliyinin miqyasını anlamaqda və səhv eləyib belə bir oyuna qol qoyduğuna görə özünü şiddətlə qınamaqdadır.

Əlləri qana batanlar özlərinə təhlükə saydıqları məqamları uzaqlaşdırmaq, ədalət məhkəməsindən yayınmaq üçün, adətən, başqa cəbhələr açırlar. Donald Trampın İranla imzalanmış nüvə sazişinin ləğvi təşəbbüsünü qaldırması da xeyli vaxt aparacaq. Yəmən, Bəhreyn, Əfqanıstan, Kəşmir, Xocalı qətliamları eyni ssenarinin ayrı-ayrı bölümləridir. İsrailin nəzarətindəki informasiya vasitələri “radikal islamçılığın indi də Cənubi Qafqaz və Orta Asiyada möhkəmləndiyi” barədə xəbərlər yayır. Sözsüz ki, burada həqiqət payı da var. Amma axı, zərərli ideologiya ilə təlimatlandırıb, silah-sursatla təchiz edib göndərirsiz, gəlirlər, arxalarını dünya jandarmlarına söykəməsələr, belə qüdrətlənməzlər ki..? Bəs, torpağa axan nahaq qanların, səmaya ucalan ah-nalələrin hesabının sorulacağı, müstəbidlərin müttəhimlər kürsüsündə əyləşib cinayətkar əməllərinə görə cavab verəcəkləri gün çoxmu uzaqdadır?

Əvvəlki yazı

Məzahir Pənahov:“Seçkilərlə bağlı hər hansı problemin olacağı gözlənilmir”

Sonrakı yazı

RUS KƏŞFİYYATININ QƏTLƏ YETİRDİYİ MÜHACİRLƏR –Qorxunc ölümlərin sayı 20-yə çatır – Araşdırma

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.