Nyu-Yorkda bir həftə davam edən məhkəmə prosesindən sonra münsiflər heyəti Trampı cinsi istismar, təcavüz və böhtanda təqsirli bilib. İddia nəticəsində Tramp Kerrola 5 milyon dollar, o cümlədən cinsi qısnama və təcavüzə görə 2 milyon dollar, böhtana görə isə 3 milyon dollar təzminat ödəməli olub. Trampın vəkili Cozef Takopina apellyasiya şikayəti verəcəklərini açıqlayıb.
KABİNƏDƏ ZORLAMA İDDİASI
Jurnal yazıçısı E. Jean Carroll, Donald Trampın 1996-cı ilin yazında Nyu Yorkdakı Bergdorf Goodman mağazasının soyunub-geyinmə otağında ona təcavüz etdiyini iddia etdi, Tramp bu iddiaları rədd etdi. Münsiflər heyəti zorlama iddialarını qəbul etməyib.