Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar paytaxt Bakıda Fəhri Hiyaban məqbərəsində dövlət mərasimi keçirilib. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər. Azərbaycanın dövlət himninin oxunduğu mərasimdə prezident Əliyev Heydər Əliyevin məzarı üzərinə əklil qoyub, bir dəqiqəlik sükutla yad edib. Daha sonra Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyevin məzarı üzərinə gül dəstələri qoyublar.
1993-cü il oktyabrın 3-də Azərbaycanda keçirilən ümumxalq səsverməsi ilə Azərbaycan Prezidenti seçilən Heydər Əliyev 1998-ci il oktyabrın 11-də yüksək fəallıqla keçirilən seçkilərdə seçicilərin 76,1 faizinin səsini toplayaraq yenidən Azərbaycan Prezidenti seçkilərində qalib gəldi. Əliyev 2003-cü il oktyabrın 15-də səhhətindəki problemlərə görə seçkilərdə iştirakdan imtina etmişdi. Əliyev 2003-cü il dekabrın 12-də müalicə aldığı ABŞ-da vəfat edib, 2003-cü il dekabrın 15-də Fəhri Hiyabanda dəfn edilib.