Azərbaycanda fəaliyyət göstərən partiyalardan daha biri fəaliyyətini dayandırıb.
Reportyor.info qaynarinfo-ya istinadla xəbər verir ki, Qorqud Partiyası mayın 8-də fəaliyyətinin yekunlaşdığını rəsmən elan edib. Partiyanın sədri Firudin Kərimov idi.
Qeyd edək ki, bir neçə gün öncə sözügedən partiyanın sədri ziyalıları ona dəstək vermədiyi üçün qınamışdı.
Xatırladaq ki, aprel-may aylarında fəaliyyətini dayandıran partiyaların sayı 19 olub.