14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Elmed”dən möhtəşəm AKSİYA: pulsuz müayinə, dərman…

19 Oktyabr 2018, 10:40
Cəmiyyət
A A
“Elmed”dən möhtəşəm AKSİYA: pulsuz müayinə, dərman…

Dünən “Elmed” klinikasının həkimləri 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü və Cümhuriyyətin 100 illiyi münasibəti ilə Müharibə və Əmək Əlilləri üçün Pansionatda məskunlaşan kimsəsiz ahılları müayinə edib.

Axar.az xəbər verir ki, klinikanın rəhbərliyi tərəfindən təşkil edilən ziyarət zamanı onlar bir çox lazımı ərzaqla təmin edilib. Bundan başqa klinikanın dermatoloqu Mübariz İsmayılov, terapevti Türkanə Səmədova, LOR həkimi Natəvan Əliyeva onları müayinə edərək, müalicə üçün lazım olan dərmanları yazıblar.

Klinikanın mətbuat xidmətinin rəhbəri Yusif Osmanlı bildirib ki, bu layihə Azərbaycanın Dövlət Müstəqilliyi Günü və Cümhuriyyətimizin 100 illiyi ilə əlaqədar keçirilən 2018-ci ilin tədbirlər planına uyğun olaraq təşkil edilib:

“Məqsədimiz burada yaşayan ağbirçək və ağsaqqalların qayğısına qalmaqdır. Klinikanın maddi bazasına uyğun olaraq 20-25 nəfərlik şəxsə gündəlik tələbatları üçün lazım olan ərzaq paketi hədiyyə etdik. Həkim briqadamız buradakı yaşlıların bir hissəsini müayinə etdi. Həkimlərimizin yazdığı reseptlər əsasında klinikamız tərəfindən dərmanlar alınaraq, buraya çatdırılacaq”.

Yusif Osmanlı onu da qeyd edib ki, bu kimi ziyarətlərin hələlik ilin sonuna kimi keçirilməsi planlaşdırılır:

“Gələn həftələrdə valideyn himayəsindən mərhum olan uşaqlar üçün internat məktəblərinə belə ziyarətlər təşkil edəcəyik. Növbəti ayda 31 Dekabr və yeni il münasibəti ilə yenidən yaşlılar evinə həkim briqadamız ilə gələcəyik. Növbəti səfərimizdə çalışacağıq ki, yaşlıların şikayətlərinin daha çox olduğu xəstəliklərin müayinə və müalicəsini edən həkimlərimiz üstünlük təşkil etsin”.

Əvvəllər Azərsu MMC-nin əməkdaşı olan və hazırda Müharibə və Əmək Əlilləri üçün pansionatda məskunlaşan kimsəsizlərdən biri Əliyev Rafiq Sultan oğlu bildirib ki, səhhəti ilə bağlı yaranan problemlərin müalicəsi üçün həkimlər əllərindən gələni əsirgəmədilər:

“Burada şərait çox gözəldir. Öz otağım var. 6 aydır buradayam, 450 ağac əkmişəm. Bundan sonra da 1000 dənə də gül əkəcəyəm. Hər gün onlara qulluq edərək dincəlirəm. Buradakı qulluqdan çox razıyam. Klinikanın həkimləri bizi çox gözəl qarşıladı, müayinə etdilər. Lazımı dərmanlarla da təmin edəcəklərini bildirdilər. Dövlətimiz bizə hər cür qayğı göstərir”.

70 yaşlı Qəmbərov Həbib isə müayinədən razı qaldığını bildirərək, klinikanın dərmanlarla təmin etməsini təqdirəlayiq hal kimi qiymətləndirib:

“Artıq 13 ildir, burdayam. Bizim üçün çox gözəl şərait yaradılıb. Bu gün “Elmed” klinikasının həkimləri bizi müayinə etdi. Bir çox xəstəlikdən əziyyət çəkirəm. Şəkərli diabetəm, böyrəklərimdə, qaraciyərimdə problem var. Özüm də infarkt keçirmişəm. Bu gün bizə göstərdikləri qayğıya görə həkimlərimizə və klinika rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Həkimlər tərəfindən müayinə olunduq və reseptlərimiz yazıldı. “Elmed” bizi həmin dərmanlarla təmin edəcək”.

Onkoloji xəstəlikdən əziyyət çəkən Hümbətova Nübar da öz həmyaşıdları kimi buradakı şəraitdən razı qaldığını bildirib:

“Bizim üçün yaratdıqları şəraitə görə cənab Prezidentimiz İlham Əliyevə, onun xanımı Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çox təşəkkür edirəm. Həmçinin, “Elmed” klinikasının rəhbərinə, həkim kollektivinə minnətdarlığımı bildirirəm ki, bizi yaddan çıxartmayıblar. Belə bir xoş gündə həm ziyarət etdilər, həm də müayinə. Mənim qulağımda problem var idi. Allergiyama görə də resept yazıldı. Dərmanlarımızı klinika rəhbərliyi öz öhdəsinə götürdü”.

“Elmed” klinikasının həkim terapevti Türkanə Rəhimova bu gün müayinə etdiyi ahıllardan bəhs edərək, onların klinika tərəfindən dərmanla təmin ediləcəyini bildirib:

“Bu gün 18 nəfər yaşlı nəslin nümayəndəsinə xidmət göstərdim. Əksəriyyəti ürək-damar sistemi xəstəliyindən əziyyət çəkir. Astma xəstəlikləri, ürək çatışmazlığı, damar problemi olan xəstələr də çox idi. Müayinə olunan yaşlılar arasında əməliyyat olunması lazım olan da var idi. Yaşlılar arasında qəbzlik və mədə-bağırsaq sistemi ilə bağlı da şikayətlər çox idi. İmkanlarımızdan istifadə edərək müəyyən diaqnozlar qoyduq. Demək olar, tam ağır xəstəliklər yoxdur”.

Daha sonra isə Müharibə və Əmək Əlilləri üçün Pansionatın direktoru Əsədova Qətibə bu gün yaşlıları həm ziyarət, həm də müayinə etdiyi üçün “Elmed” klinikasına təşəkkür edib:

“Ahıllarımızı yüksək səviyyədə müayinə etdilər. Lazım olan reseptləri qeyd etdilər və dərmanlarla təmin ediləcəyini bildirdilər. Bu gün 25-ə yaxın ahıla tibbi xidmət göstərildi. Elə yaşlılarımız var ki, bütün həkimlərin müayinəsindən keçdi”.

Qətibə Əsədova qeyd edib ki, dövlət pansionata daima qayğı göstərir:

“Müəssisəmizdə 226 nəfər yaşlı nəslin nümayəndəsi yaşayır. Öz pensiyalarını özləri xərcləyirlər. Dövlət tərəfindən onların yeməyini, geyimini, dərmanları verilir. Leyla Əliyeva bizi tez-tez ziyarət edir bizi. Onun bizə ən böyük hədiyyələrindən biri də bizə nəqliyyat vasitəsi verməsi oldu. Yaşlı insanlar hər gün o avtobusla ASAN Xidmətə gedir və orada könüllü fəaliyyət göstərirlər. İlkin yardımlar üçün nə lazımdırsa, onlar dövlət tərəfindən bizə verilir. Bazar günləri qohumlar və yaxınlar üçün görüş saatları ayrılıb”.

Əvvəlki yazı

Media azadlığına görə 140 ölkə arasında 133-cü yerdəyik

Sonrakı yazı

Qazini Qurban Məmmədova “qurban” verənlərin Kufə yolu…

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.