26-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Emin Əmrullayevdən məşqdə ölən azyaşlı ilə bağlı – Açıqlama

04 May 2023, 17:25
Cəmiyyət
A A
Nazir: “Məktəblərdə zəhərlənmədə günahımız var”

Elm və təhsil naziri Emin Əmrullayev aprelin 29-da Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun ölümü ilə nəticələnən hadisəyə münasibət bildirib.

Reportyor.info APA-ya istinadən xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında hadisənin görüntülərini ürək ağrısı ilə izlədiyini və bunun çox təəssüf doğuran hadisə olduğunu deyib.

“Bu hadisə yəqin ki, bir fərdin cinayət ehtimalı daşıyan davranışı ilə əlaqədardır. İnanmıram ki, bu hadisə bütün məşqçilərin, idmanın və idman zallarının fəaliyyətinə kölgə salacaq. Çünki sadəcə Elm və Təhsil Nazirliyinin sistemində 60 mindən artıq şagird idmanla məşğul olur. İnanırıq ki, hüquq-mühafizə orqanları tərəfindən məsələyə müvafiq hüquqi-qiymət veriləcək. Eyni zamanda dediyim kimi, bu hadisənin bütün idman sisteminə şamil edilməsi düzgün olmaz. Bizim idman müəssisələrimiz, təhsil müəssisələrimiz, uşaq-gənclər idman məktəbləri öz fəaliyyətlərini davam etdirirlər. Orada onlarla beynəlxalq turnirlərin qalibləri çalışırlar və bu, uşaqların sağlamlığı üçün vacibdir”, – E.Əmrullayev deyib.

Nazir qeyd edib ki, bu gün Azərbaycan qanunvericiliyinə görə, məşqçi kimi fəaliyyət göstərmək üçün lisenziya tələb olunmur:

“Biz də fəaliyyətimizi qanunvericiliyə uyğun qururuq. Təbii ki, sabah belə bir tələb olarsa, biz də həmin şəxsləri işə götürəndə həmin tələblərə əməl edəcəyik. Sözügedən şəxs ötən ilin axırlarında işə qəbul olunub və qanunvericiliyin tələbi prinsipcə pozulmayıb. Həm ali təhsilli məşqçi, beynəlxalq turnirlərin qalibi və idman ustası kimi tanınan şəxs olub.

O ki qaldı idman zalına, bura icarəyə verilməyib. Bir çox rayonlarda idmanla məşğul olmaq istəyən şagirdlərimizin sayı çox olduğuna görə, ayrı-ayrı məktəblərin zalları uşaq gənclər mərkəzlərinin məşqçilərinin istifadəsinə verilir. Burada məktəbin maliyyə qazancı məqsədi yoxdur. Sadəcə olaraq əhatəliliyi təmin etmək üçün bu prosedur icra edilir”.

Məktəbli olmayan, azyaşlı uşağın qeydiyyatdan kənar məşqə cəlb olunmasında məktəb rəhbərliyinin məsuliyyətinə gəlincə isə nazir qeyd edib ki, bu və ya digər baş vermiş hadisədə təqsirkarı müəyyənləşdirmək Elm və Təhsil Nazirliyinin yox, hüquq-mühafizə orqanlarının işidir:

“Bizim tərəfdən proses belə tənzimlənir ki, məşqçi tərəfdən uşaqlar jurnala əsasən məşqə cəlb olunmalıdır. Amma təəssüf ki, bu halda məşqçi tam qeydiyyatda olmayan uşağı da məşqə cəlb edib və belə görünür bu hal daha əvvəl də baş verib. Burada məsuliyyət birbaşa onundu və qanun pozuntusuna yol verib. O ki qaldı məktəb rəhbərliyinin cavabdehliyinə, düşünürəm ki, bu məsələ araşdırılmalıdır. Çünki zal dərs vaxtlarından kənar istifadəyə verilir. Hansı formatda istifadəyə verilməsinə proses zamanı yəqin ki, hüquqi qiymət verilə bilər. Bu hadisədən çıxarılan dərs ondan ibarətdir ki, həm məktəblər, həm valideynlər, həm məşqçilər, həm də federasiyalar bu işə daha diqqətlə yanaşmalıdırlar. Mənim şəxsi fikrim budur ki, bu, bir şəxsin cinayət ehtimalı olan davranışı ilə bağlıdır və burada sistematik problem görmürəm”.

Qeyd edək ki, aprelin 29-da Sumqayıt şəhərində tanınmış idmançı Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub. Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əvvəlki yazı

Qarabağa 7 milyard dollara yaxın pul qoyulub

Sonrakı yazı

Həbs edilən vəzifəli şəxs məhkəmə zalından azadlığa buraxıldı

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.