Daşkəsən rayonu ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 3 kömür quyusu aşkar olunub.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Reportyor.info-ya bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Daşkəsən rayonu, Astaf kənd sakinləri Samir Həsənov, İlyas Abdullayev və Sevda Orucova olduğu müəyyən edilib.
“Qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”, – qurum rəmisi əlavə edib.