İki lider arasında təxminən bir saat davam edən bu ilk təmas, Xi-nin vasitəçilik cəhdləri çərçivəsində çoxdan gözlənilən idi. Zelenski Twitter-də qısa açıqlamasında “Uzun və mənalı telefon zəngi idi” dedi. Ukrayna lideri Çinə səfir təyin edəcəklərini də açıqlayıb.
ÇİN NÜMAYƏNDƏNİ GÖNDƏRƏCƏK
Çin dövlət televiziyası CCTV bildirib ki, Xi Zelenskiyə “müharibədən yeganə çıxış yolu danışıqlardır” deyib. CCTV-nin xəbərinə görə, Xi, “Çin Ukrayna ilə bağlı həmişə sülhün tərəfində olub, bizim əsas mövqeyimiz sülh danışıqlarını dəstəkləməkdir” deyib. Digər tərəfdən Pekinin Ukraynaya xüsusi nümayəndəsini göndərəcəyi bildirilsə də, əlavə məlumat verilməyib.
GÖZLƏNİLƏN MÜSAHİBƏ
İşğalın birinci ildönümündə Çin lideri 12 bəndlik plan açıqlayıb və tərəfləri masaya dəvət edib. Şi mart ayında Moskvaya gedib və iki gün dalbadal Rusiya lideri Vladimir Putinlə görüşüb. Xi-nin Moskvanı tərk etməzdən əvvəl Zelenski ilə telefonla danışaraq iki döyüşən lider arasında vasitəçilik edəcəyi gözlənilirdi, lakin bu görüş baş tutmadı.




















