33 ildir prefabrik sektorda fəaliyyət göstərən Orhan Güner “İstanbulda 5, Türkiyə daxilində isə 20-25 şirkət var idi. Zəlzələdən iki ay sonra bazar konteyner istehsalçıları ilə dolu idi. Bizdən ayrılıb öz şirkətlərini quran 15 nəfər var” dedi. Güner sektorda qiymət artımını xammal xərclərinin artması ilə əlaqələndirib.