Ən çox milyonçu olan şəhərlər açıqlanıb. Henley & Partners tərəfindən açıqlanan hesabatda ABŞ və Çinin ilk 10 şəhərdə öz izini qoyması diqqət çəkib. Nyu York 340.000 milyonçu ilə dünyanın ən yüksək sərvətinə ev sahibliyi edən şəhər idi. Uzun illər birinci yerdə olan Tokio ikinci yerə geriləsə də, siyahının ilk 10-luğuna Avropadan yalnız London daxil olub.