O, dövlət televiziyalarının birgə araşdırması nəticəsində Rusiyanın Şimal dənizində balıqçı qayıqları və tədqiqat gəmiləri kimi maskalanmış donanmasının olduğunu müəyyən etdiklərini iddia edib.
Bu donanmanın sualtı müşahidə avadanlığı daşıdığı və mümkün təxribat üçün mühüm ərazilərin xəritəsini çəkdiyi də iddia edilib.
Sözügedən iddiaları ehtiva edən xəbərlər çərşənbə günü Danimarkada DR, Norveçdə NRK, İsveçdə SVT və Finlandiyada Yle tərəfindən yayımlanacaq.
BBC öyrəndi ki, Britaniya rəsmiləri rus gəmilərinin Britaniya sularında “təxribat proqramı” çərçivəsində hərəkət etdiyini bilirdilər.
Danimarka kəşfiyyatçılarından biri deyib ki, təxribat planları Qərblə hərtərəfli münaqişə vəziyyətində hazırlanıb.
Norveç Kəşfiyyat Xidmətinin rəhbəri bu planlara Rusiya tərəfindən böyük əhəmiyyət verildiyini bəyan edib.
RUSİYA CASUS GƏMİSİ İDDİA EDİLİR
class=”medianet-inline-adv”>
4 ölkənin dövlət televiziyası bu gəmilərin Skandinaviya ölkələrinin ərazi sularında üzdüyünü və mövqelərini gizlətmək üçün ötürücülərini söndürdüyünü göstərən Rusiyanın sistemini təhlil etdiklərini iddia edir.
Televiziyaların birgə araşdırması və xəbərləri Rusiyanın “Admiral Vladimirski” adlı gəmisinə yönəlib. Rəsmi olaraq bu, okean kəşfiyyatı və ya sualtı tədqiqat gəmisidir. Bununla belə, hesabatda bunun əslində Rusiya casus gəmisi olduğu iddia edilir.
Britaniya Kral Donanmasının naməlum keçmiş mütəxəssisi İngiltərə və Hollandiya sahillərində gəminin hərəkətini izləyir. Gəminin bölgədəki külək turbinləri olan ərazilərə yaxınlaşarkən sürətini azaltdığı və ötürücüsünü söndürərək burada bir ay üzdüyü iddia edilir.
Müxbir kiçik qayıqla gəmiyə yaxınlaşanda hərbi tüfəngə oxşayan maskalı şəxslə qarşılaşıb.
Eyni gəminin keçən il Şotlandiya sahillərində göründüyü bildirilmişdi. Gəmi noyabrın 10-da Moray Firth körfəzinə girərkən görüntülənib.
Böyük Britaniya rəsmiləri ölkəyə qarşı hər hansı təhdidləri araşdıracaqlarını bildiriblər, lakin indiyə qədər hansı fəaliyyətlərin araşdırıldığını açıqlamayıblar.
Admiral Vladimirsky gəmisiclass=”medianet-inline-adv”>
Fevral ayında Hollandiya kəşfiyyatı dəniz infrastrukturunun pozulmasına və ya təxribatına hazırlığı göstərə biləcək fəaliyyətlərlə bağlı qeyri-adi rəsmi xəbərdarlıq etdi. Hollandiya Hərbi Kəşfiyyatının rəhbəri bildirib ki, Şimal dənizində külək turbinləri ferması yaxınlığında Rusiya gəmisi aşkarlanıb və ərazilərin xəritəsini çəkir. Şimal dənizində enerji sisteminin necə işlədiyini müəyyənləşdirməyə çalışıldığı və bunun ilk dəfə görüldüyü bildirilib.
Həssas ərazilərdə kəşfiyyat işləri qeyri-adi deyil və Qərb dövlətlərinin də Rusiyaya qarşı oxşar fəaliyyətlə məşğul olacağı ehtimalı var.
Ötən il Norveçin Svalbard arxipelaqının cənubunda sualtı məlumat kabeli kəsilib.
class=”medianet-inline-adv”>
Norveç polisi təxribatın arxasında “insan fəaliyyətinin” olduğuna inandıqlarını, lakin heç bir şəxs və ya qurumu ittiham etməyib.
Aprelin 13-də Norveç 15 rusiyalı məmuru casusluqda ittiham edərək ölkədən çıxarıb.
İngiltərədə keçən ilin oktyabrında polis Şetland adalarında kabelin kəsilməsinin rabitə problemlərinə səbəb olduğunu açıqlamışdı.
Hadisə o vaxt “balıqçı gəmiləri”nin səbəb olduğu güman edilən materiklə əlaqəni ciddi şəkildə əngəlləyib. Kabellər müntəzəm olaraq təsadüfən kəsilir və BBC-nin araşdırmasına görə, bu, düşmənçilik fəaliyyətinin nəticəsi kimi görünmür.
Keçən ilin sentyabrında açıq və əhəmiyyətli təxribat aksiyası keçirildi, “Şimal axını” boru kəmərinin Rusiyadan Avropaya qaz nəqli üçün nəzərdə tutulan hissəsi məhv edildi.
class=”medianet-inline-adv”>
O zaman çoxları buna görə Rusiyanı günahlandırırdı. Bununla belə, hadisə ilə bağlı Ukraynayönlü tərəfdarları ittiham edənlər də var və araşdırmalar davam edir.