24-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Fuad Muradovun “qrant krallığı”ndan – Faktlar

10 Oktyabr 2018, 14:06
Seçmə, Araşdırma
A A
Fuad Muradovun “qrant krallığı”ndan – Faktlar

Azərbaycanda ən bərbad durumda olan strukturlardan biri Diasporlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətidir. Müharibə şəraitində yaşayan bir ölkə üçün bu sahə olduqca vacib olmasına baxmayaraq yarıtmaz kadrların səbatsız fəaliyyəti nəticəsində bu əhəmiyyətli sahədə acınacaqlı durum hökm sürür. Sirr deyil ki, uzun illərdir dövlət səviyyəsində bu sahəyə külli miqdarda vəsait ayrılmasına baxmayaraq xaricdə yaşayan diaspora üzvlərinin təşkilatlanması, vahid mərkəzdən idarə olunması sahəsində əməli işlər görülməyib.
Azərbaycan diasporunun ən böyük və təməl problemlərindən biri xaricdə fəaliyyət göstərən diaspor təşkilatların ələbaxımlılığıdır. Yəni xaricdəki diaspor təşkilatlara görə onlar Azərbaycan dövlətinin maraqları üçün deyil, Azərbaycan dövləti onlarım maraqları üçün çalışmalıdır.

Diaspor təşkilatlarının mütləq əksəriyyətinin fəaliyyəti bundan ibarətdir ki, faktiki olaraq Azərbaycan dövlətinin büdcə vəsaitləri hesabına fəaliyyət göstəirlər. Əgər buna fəaliyyət demək mümkündürsə. Çünki onların fəaliyyəti bu günə qədər hansısa Avropa şəhərində, yaxud Bakıda toplaşıb iclas keçirməklə çərçivələnib və çox təəssüf hissi ilə qeyd etməliyik ki, Bakının pullarını yeyən diaspor təşkilatlarımız barmaqlarını yumub deyə bilməzlər ki, onlar filan ölkədə Azərbaycanın maraqlarını qoruya və bu maraqların lobbiçiliyini edə biliblər. Əgər bir lobbiçilik olubsa belə, əhəmiyyətsiz və nəticəsiz olub. Sadəcə, Azərbaycan xalqının pulları xərclənib və hansısa əhəmiyyətsiz tədbir Azərbaycan mətbuatında işıqlandırılıb.

Acınacaqlı durum odur ki, bu günə qədər Azərbaycan dövləti xaricdə formalaşdırılan diaspor təşkilatlarından yararlana bilməyib. Amma bunun əksinə olaraq, diaspor təşkilatlarının rəhbərləri, onlara yaxın olan şəxslər Azərbaycandan və Azərbaycan dövlətinin imkanlarından maksimum faydalanırlar və diaspor təşkilatları yaratdıqda əsas məqsəd də elə bundan ibarət olur.

Uzun illər bu sahəyə rəhbərlik edən Nazim İbrahimov bu korrupsiyalaşmış sistemin memarı hesab olunur. Amma, onun vəzifədən kənarlaşdırılması ilə bu mühüm sahədə irəliləyişlərin olacağına ümidlər yaranmışdı. Dövlət maraqlarının bilavasitə qorunduğu bu sahəyə rəhbər təyin olunan Fuad Muradovdan gözlənilən o idi ki, o bu sistemi dağıdacaq və doğrudan vətənpərvər insanlardan ibarət, malı ilə, canı ilə Azərbaycanın maraqlarını xaricdə qoruyacaq diaspor təşkilatlar formalaşdırmaq üçün qollarını çırmalayacaq. Lakin aradan keçən müddətdə Fuad Muradovun fəaliyyətinə baxılarsa, bu fəaliyyət demək olar ki, Nazim İbrahimovun fəaliyyətindən fərqlənmir.

Deputat Fuad Muradovun əvvəllər diasporla bağlı ciddi nəticələrə söykənən fəaliyyəti qeydə alınmasa da, ümumiyyətlə bu sahədən uzaq adam olsa da, hər halda, dövlət başçısının etimadını doğruldacağına, ən azından əvvəlki rəhbərliyin buraxdığı səhvləri buraxmayacağına, xüsusilə də büdcədən diasporla iş üçün ayrılmış vəsaitləri doğru-düzgün xərcləyə biləcəyinə ümidlər yaranmışdı.

Lakin, Rubrika.az saytına daxil olan məlumatlara görə Fuad Muradovun keçmiş fəaliyyəti heç də sələfinin “uğurlarından” fərqlənmir. Belə ki, deputatın böyük qrant korrupsiyasına yol verdiyi barəsində məlumatlar verilir. Aİ-nin ayırdığı qrantları heç bir fəaliyyəti olmayan təşkilatların hesabına silməsi ciddi korrupsiya araşdırması zərurəti yaradır.
Xatırladaq ki, Aİ-nın ölkəmizdə vətəndaş cəmiyyətinə 2007-2016-cü illər arasında xeyli yardımlar göstərilib.
Məsələn, “ÜMİD Sosial İnkişafa Dəstək” İctimai Birliyinə nə çox nə az, 1.137.189 avro pul ayrılıb. Bunlar da milyondan çox pulu 2 il ərzində sadəcə təlim, seminar və şəbəkələşməyə xərcləyiblər.

2016-cı ildə bitmiş bu proyektin heç bir şəbəkələşməsi qalmadığı kimi, İctimai Birlik özü hazırda heç bir proyekt də həyata keçirmir. Belə birlik, bu qədər pula belə proyekt olar?

Təhsil Nazirliyi ilə bağlı Təhsildə İnnovasiyalar Mərkəzinə 640.000 avro ayrılıb ki, bunun VC ilə heç bir əlaqəsi yoxdur.

Ümidli Gələcək Gənclər Təşkilatına (diasporla iş üzrə dövlət komitəsi sədri Fuad Muradovun qurumudur) 640.000 avro “çatdırılıb”, pullar xərclənib.
Bu proyektin bu günə olan təsiri bir neçə sıfırdan ibarətdir. Deməli bu təşkilat bu 640.000 euronu o qədər səmərəli xərcləyib ki, onların bu gün işləyən bir veb saytı belə yoxdur.

Yenə bu “Ümidli Gələcək” Təşkilatına Azərbaycan Hüquqşünaslar Konfederasiyası ilə bir yerdə 2013-2016 illər üçün 300.000 avro qrant verilib.
Guya bu pulla onlar, 14-17 yaş arasında olan və polislə üzləşən uşaqların pis rəftara məruz qalmasını qarşısını almaq üçün tədbirlər həyata keçirib.
“Kakoy-to Tomris” Qadınlar Təşkilatına (google bu qurum haqda heç nə bilmir), işgəncə və pis rəftarın qarşısını almaq üçün 166.666 avro ayrılıb. Göründüyü kimi uzun illər ərzində milyonlarla vəsait havaya sovrulub. Bu milyonların havaya sovrulmasında isə F. Muradovun rəhbərlik etdiyi təşkilatların “müstəsna xidmətlərinin” olduğu verilən məlumatlar sırasındadır.
Fuad Muradov vəzifəyə təyin olunandan sonra islahatlara başlamaq, uzun illər yol verilən nöqsanları aradan qaldırmaq əvəzinə “qonaqlıq siyasətinə” start verdi. Yaxşı fəaliyyətinə görə medya mənsubları onu axtarmalı olduğu halda o özü redaktorları restoranlarda uğurlamağa üstünlük verdi. “Qonaqlıqadan başlanan yol”un isə hələ ki, uğurlu sonu görünmür. Onsuz da bu yolun başlanğıcı da kifayət qədər şəffaf olmayıb…
Araşdırmalarımız davam edəcək.

MilliYol.Az

Əvvəlki yazı

Millət vəkili Q.Paşayeva AŞPA-da Azad Demokratlar Qrupu adından çıxış edərək İslamafobiyanın artmasında Avropa ölkələrinin yanlış siyasətini tənqid edib

Sonrakı yazı

“Nar”-la bağlı suallara cavab ver və 250 danışıq dəqiqəsi qazan

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.