13-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Zaur Hüseynov müharibə şəraitində yaşadığımızı ağıl edirmi?

08 Oktyabr 2018, 15:09
Cəmiyyət, Seçmə
A A
Zaur Hüseynov müharibə şəraitində yaşadığımızı ağıl edirmi?

Adi vaxtlarda bu qədər qüsur olursa, fövqəladə vəziyyətlərdə metro strateji məqsədlər üçün istifadə edilərsə, hansı faciələrlə üzləşə biləcəyimizi təsəvvür edə bilirsinizmi?

Bakı metrosunda daha bir rüsvayçı hadisə baş verib və srağagün saat 13:15 radələrində “Qara Qarayev” stansiyasında vahiməli anlar yaşanıb: iki qatar üz-üzə gəlib. “Dərnəgül” istiqamətində gedən qatarın qarşısına əks istiqamətdə hərəkət edən qatar çıxıb. Xoşbəxtlikdən toqquşma baş verməyib…

Bəli məhz xöşbəxtlikdən…Amma ötən həftə qatarla avtobusun toqquşması zamanı bədbəxtlikdən ölənlər və ciddi xəsarət alanlar oldu. İnsanların həyatının itirilməsinə və həyatlarının qaralmasına səbəb isə narkoman avtobus sürücüsü olmuşdu. O insanların tək günahı ictimai nəqliyyatdan istifadə etmək olmuşdu. Halbuki ictimai nəqliyyatda təhlükəsizlik bir nömrəli məsələ olmalıdır.

Amma Bakı küçələrində avtobusların ölümcül təhlükəli “rəqsini” hər an izləyirik. Elə metroda da tez-tez “vahiməli” anlar yaşanır. Bunun üçün gündəlik xəbər axnını izləmk yetərlidir.. Və belə görünür ki, ictimai nəqliyyatda gediş haqqını 50% artırıb kasıb ailələri çıxılmaz vəziyyətə salanları təhlükəsiz ictimai nəqliyyat maraqlandırmır. Onları daha çox qazanmaq istəyi idarə edir və elə buna görə də avtobuslar bütün küçələrdə mütəmadi qəza şəraiti yaradırlar. Metopolitendə isə nə baş verdiyi belə anlaşılmazdır…

Metropolitenin mətbuat katibinin baş vermiş rəzalətə verdiyi izahat isə daha böyük biabırçılıqdır. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib: “Qatarların birində tunelə daxil olan zaman texniki nasazlıq yaranıb. Sərnişinlər stansiyada düşürülüb. Digər qatara icazə verilib ki, stansiyaya daxil olaraq maşinistə kömək etsin. Nasazlıq aradan qaldırılıb. Qatarların intervalında əlavə 7-8 dəqiqə gecikmə yaranıb”. Yəni Bəxtiyar Məmmədovun məntiqinə görə, tuneldə eyni xəttin üzərində iki qatarın üz-üzə gəlməsi sıradan bir hadisədir və bu hadisənin yaratdığı tək problem qatarların intervalında 7-8 dəqiqə gecikmə yaranmasıdır. Vəssalam. Zaur Hüseynovun sözçünə görə başqa heç bir fövqəladə hadisə baş verməyib. Çünki Allahdan qatarlar toqquşmayıb…

“Gecikmə” isə Bakı metrosu üçün yenilik deyil. Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-yə təyin edildikdən sonra gecikmə adi hala çevrilib. Sərnişinlər dəqiqələrlə qatar gözləməli olurlar. Dünyanın heç yerində pik saatlarında qatarların gəlişi arasındakı vaxt intervalı 1, ən pis halda 2 dəqiqədən artıq olmur. Lakin Bakı metrosunda pik saatlarında qatarın 4, hətta 5 dəqiqə intervallar gəldiyinin dəfələrlə şahidi olmuşuq. Ən təəccüblüsü də bilirsiz nədir? Pik saatlarda sərnişinləri düşürüb qatarı DEPOya yola salırlar. Adi saatlarda isə heç bir qatarı DEPOya yol almır…

Məhz bu səbədən metro vaqonlarında dəhşətli dərəcədə dözülməz sıxlıq yaranır. Məhz bu sıxlıq nəticəsində neçə-neçə insanın qatarın daxilində halının pisləşdiyinin dəfələrlə şahidi olmuşuq. Ancaq metropoliten rəhbərliyi bu rəzaləti düzəltmək istəməyərək insanları narazı salmaqda israr edir.

Tağı müəllim kimi, Zaur müəlim də sovet dövründən qalmış, istismar müddəti bitmiş qatarları yenidən yığaraq xəttə buraxmaq şakərinə mübtəladır. Bəlkə Bakı yeganə şəhərdir ki, bu tipli kondisionersiz, narahat vaqonlardan metroda hələ də istifadə edilir. O zaman sual olunur: metrodan əldə olunan və dövlətin ayırdığı subsidiyalar hara sərf olunur? Doğrudanmı, metropoliten ildə iki qatar ala bilmir? Axı ötən əsrin 60-cı illərində istismara verilən qatarların təmirinə daha çox pul sərf olunur və istismar müddəti çoxdan bitmiş qatarların xarab olub tuneldə qalmasında təəccüblü nə var ki?..

Zaur Hüseynovun rəhbərliyi dövründə metroda nizam-intizam da ciddi şəkildə pozulub. Məsələn, metroda siqaret çəkmək qadağan edilsə də metro qatarlarının birinci vaqonundan gedənlər bu qaydanın maşinistlərə aid olunmadığını yəqin edə bilərlər. Qatarların birinci vaqonun birinci qapısından qatarlara minin və kəskin siqaret iyindən “feyziyyab olun”! Tağı müəllimin zamanında belə “feyziyyab”lara rast olunmurdu, ya da nadir hallarda rast olunurdu.

Etiraf etməliyik ki, metroda siqaret çəkmək təhlükəsizlik prinsiplərinin tamam pozulmasıdır. Bu, 1994-cü ildə metroda 300-dən artıq insanın terror nəticəsində tələf olduğu zaman tam aydınlığı ilə ortaya çıxmışdı. O zaman ölənlərin böyük əksəriyyəti metroda tez alışan maddələrin buraxdığı zəhərli qazla boğulub ölmüşdü. Və belə görünür ki, Zaur Hüseynov bu təhlükəni də gözardı etməkdədir…

İyun ayında respublikada enerji böhranı yaşanarkən Bakı merosunun növbəti ayıbı meydana çıxdı. Sən demə, paytaxt ictimai nəqliyyatının aorta damarı sayılan və strateji əhəmiyyət kəsb edən bu təsisat böhran vəziyyətlərinə qətiyyən hazır deyilmiş. Çünki nə Tağı müəllim, nə də Zaur müəllim metropoliten üçün generator almağı ağıl edə bilməyiblər. Amma 100% əminliklə deyə bilərik ki, istər Tağı müəllim, istərsə də Zaur müəllim öz villalarını, biznes obyektlərini bir deyil, bir neçə generatorla təmin etməyi ağıl edə biliblər…

Qəfil qəzalardan, bədbəxt hadisələrdən heç kim sığorta olunmayıb. Yaşadığımız zamanda terror hücumlarından da heç bir dövlət sığortalana bilmir. Bunun ən bariz nümunəsi isə ən yüksək texnologiya ilə təchiz olunmuş və təhlükəsilik ən yüksək səviyyədə təmin olunan ölkələrdə baş verən terror aktlarıdır.
Hər gün olmasa da günaşırı metroda yaşanan “vahiməli” anlardan çıxış edərək deyə bilərik ki, Zaur Hüseynov cənabları Azərbaycanın müharibə şəraitində yaşadığının fərqində deyil, ya da bunu ağıl edə bilmir…

Allah eləməsin, birdən paytaxtımız daha ciddi fövqəladə hadisələrlə üzləşərsə, yaxud hücuma məruz qalarsa, o zaman cənab Zaur Hüseynovun məsuliyyətsizliyi nəticəsində nələrin baş verə biləcəyini təsəvvür edə bilirsinizmi? Sadəcə cənab Hüseynovun metrosunda adi vaxtlarda bu qədər qüsur varsa, fövqəladə vaxtlarda metrodan strateji məqsədlər üçün istifadə edilərsə, hansı faciələrlə üzləşə biləcəyimizi təsəvvür edin…. (pia az)

Əvvəlki yazı

Nazirliyin “Ölü canlar kralı“ – Mehman Şükürov Sumqayıt Mədəniyyət İdarəsində “rüzgar“ əsdirir

Sonrakı yazı

Milyonlar xərcləyib canını həbsdən qurtaran Əli Abbasovun “qurbanları” artır

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.