Rusiya Finlandiyanın rəsmi NATO üzvlüyünə bu gün Brüsseldə keçirilən mərasimlə reaksiya verib. Kremlin sözçüsü Dmitriy Peskov üzvlük qərarının Finlandiya ilə ikitərəfli münasibətlərə xələl gətirməyəcəyini bildirib. NATO-nun Finlandiya deyil, Rusiya üçün təhdid olduğunu vurğulayan Peskov, “Alyans (NATO) düşmən bir quruluşdur və Rusiya Federasiyasının düşmənidir” dedi.
“NATO-nun genişlənməsi bizim təhlükəsizliyimizə və Rusiyanın milli maraqlarına hücumdur. Biz bunu belə qəbul edirik və bu, bizi təhlükəsizliyimizi təmin etmək üçün taktiki və strateji əks tədbirlər görməyə məcbur edir”, – Peskov bildirib.
Ukraynanın NATO-ya üzv olması ehtimalı ilə bağlı Peskov deyib: “Əsasən, Finlandiyanın vəziyyəti Ukraynadan çox fərqlidir. Finlandiya heç vaxt anti-Rusiya olmayıb və Finlandiya ilə heç vaxt münaqişəmiz olmayıb. Ukraynanın vəziyyəti tamamilə əksinədir. xüsusi hərbi əməliyyatlarla hədəflərə çatmaq lazımdır”.