Xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Xarici İşlər Nazirləri Toplantısı üçün olduğu Belçikanın paytaxtı Brüsseldə ikitərəfli təmaslarına başlayıb.
Çavuşoğlu təmasları çərçivəsində NATO-nun mənzil-qərargahında əvvəlcə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə görüşüb.
Nazir Çavuşoğlu Haavisto ilə görüşdən sonra İsveç xarici işlər naziri və ABŞ xarici işlər naziri Antoni Blinkenlə görüşüb.
Çavuşoğluna Finlandiyanın NATO-ya qəbulu ilə bağlı Təsdiq Sertifikatı təqdim edilib.

Nazir Çavuşoğlu İsveçin xarici işlər naziri Tobias Billström ilə görüşü ilə bağlı Twitter hesabından paylaşım edib. “Biz isveçli həmkarım Tobias Billströmə onların NATO-ya daxil olmaq üçün atmalı olduqları addımları xatırlatdıq. Terrorla mübarizədə nəticəyönümlü əməkdaşlıq vacibdir”. ifadələrdən istifadə etmişdir