Yunanıstan Baş Qərargahı ABŞ-a 11-i isteğe bağlı olmaqla cəmi 35 helikopterin alınması üçün niyyət məktubu göndərib. 35 helikopterin dəyəri 1,2 milyard avro olaraq hesablanıb. Helikopterlərdən 31-nin Yunanıstan Quru Qoşunlarında, 4-nün isə yeni yaradılmış Xüsusi Döyüş Komandanlığında istifadə edilməsi planlaşdırılır.
SAYI ARTACAQ
Yunanıstan heyətləri qarşıdakı dövrdə eyni tipli daha 14 helikopter almağı planlaşdırır. Beləliklə, ABŞ-dan alınacaq helikopterlərin ümumi sayı 49, dəyəri isə 1,7 milyard avro təşkil edəcək. Ötən il Afina ABŞ-a 20-24 ədəd F-35 təyyarəsi üçün niyyət məktubları göndərib.