Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada aşağıdakı ifadələrdən istifadə edilib:
“İsrail təhlükəsizlik qüvvələrinin dünən gecədən bəri Məscidül-Əqsaya basqın etməsini, Qiblə məscidinə müdaxilə etməsini və çoxlu sayda fələstinli mülki vətəndaşı həbs etməsini, Hərəmi Şərifin müqəddəsliyini və tarixi status-kvonu pozmasını qınayırıq.
“BU HÜCUMLAR HEÇ BİR ŞEKİLDƏ QƏBUL DEYİL”
Mübarək Ramazan ayında Məscidül-Əqsada namaz qılanlara qarşı bu hücumlar heç bir halda qəbuledilməzdir.
Artıq bölgəyə, xüsusən də Qəzzaya yayılan gərginlik bizi çox narahat edir.
İsrail hökuməti bölgədə gərginliyin daha da artmasına səbəb ola biləcək bütün təxribatları, hərəkətləri və hücumları dərhal dayandırmalıdır.