12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Uşaqlara ölümlə bağlı nağıllar danışmaq lazımdır” – Psixoloqdan məsləhət

03 Aprel 2023, 23:33
Cəmiyyət
A A
“Uşaqlara ölümlə bağlı nağıllar danışmaq lazımdır” – Psixoloqdan məsləhət

Bəzi yerlərdə azyaşlıların yas mərasimlərə qatılması cəmiyyətdə birmənalı qarşılanmır. Maraqlıdır, uşaqların bu cür tədbirlərə qatılması onların psixologiyası baxımından nə dərəcədə düzgündür? 

Bunun uşaqların gələcəyi, onların psixologiyasının normal inkişafı baxımından hansısa fəsadı ola bilərmi? 

Ümumiyyətlə yaxınların ölümünü azyaşlılara hansı formada deməliyik? Onlara neçə yaşdan sonra ölümü başa sala bilərik?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Samirə Bağırova bildirib ki, 3 yaşından böyük uşaqlara ölümü sadə dillə izah etmək olar. Lakin Azərbaycanda keçirilən yas mərasimlərində bəzən isterik hallar yaşanır və bu azyaşlılarda travma yaratdığı üçün ehtiyatlı olmaq lazımdır:

“Üç yaşından kiçik uşaqlar ölüm anlayışını dərk etmirlər. Üç yaş üstü əgər ailə içində ölüm baş verirsə nənə, baba və s. valideyinlər bunu uşağa necə izah etməkdə çətinlik çəkirlər. Dini və etik aspektlərə görə uşaq dini mərasimdə iştirak edə bilər. Amma nəzərəalsaq ki, bizim dəfn mərasimlərində saç yolma, üz cırma, tabuta hücum kimi hallar yaşanır, o zaman bilməliyik ki, bu, uşaqda dərin travma yaradır. Nəticədə ölüm dəhşət, sarsıntı, qorxu kimi şüuraltına yeriyərək reallığı qəbullanmaqda fəsadlar törədir.

Bu uşaqlar gələcəkdə itki ilə, ayrılıqla baş etməyi bacarmır. Ölümü qəbullanmır və ölüm qorxusu ilə yaşayır. Əslində bu məsələdə azərbaycanlı psixoloqlar özləri də tam əmin deyillər ki, uşaq hansı yaşda iştirak etməlidir, yaxud ümumiyyətlə, iştirakı vacibdirmi?

Qeyd etdiyim kimi, dəfn mərasimində nə baş verəcəyi məlum deyil. Hər kəs mərhumunu hörmət-izzətlə yola salmır. Reaksiyanı proqnozlaşdırmaq mümkün deyil. Bu səbəbdən düşünürəm ki, uşaq yaşlardan ölümlə bağlı nağıllar danışaraq, ölüm faktının olduğunu, real dünyanı qəbul etməyi öyrətmək gərəkdir. Və buna artıq üç yaşından başlamaq lazımdır”.

S.Bağırova qeyd edib ki, əgər uşaq yas mərasiminə getmək, mərhum yaxını ilə vidalaşmaq istəyirsə, buna mane olmaq doğru deyil:

“Əgər uşaq yas mərasiminə getmək istəmirsə, yaxud nadinclik edirsə, onu mərasimə məcbur aparmaq olmaz. Yox, əgər uşaq yaxın itkisi ilə vidalaşmaq istəyirsə, buna da mane olmaq olmaz və bunu necə düzgün edəcəyini göstərmək daha məqsədəuyğundur.

Yetişkin insanlar isə itkilərini daha səbrlə, daha mədəni şəkildə ifadə etsələr, bu, digərlərinə də travma yaşatmaz. Ölümü, yəni reallığı qəbul etməyənlər ta uşaqlıqdan psixoloji pozğunluğa sahib olan insanlardır”.

Əsmətxanım Rzazadə 

Əvvəlki yazı

Bu ərazilərdə 7.4 ballıq zəlzələ gözlənilir – Professor açıqladı

Sonrakı yazı

Ukrayna hərbçiləri İran istehsalı 14 “Şahid” məhv ediblər

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.