11-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Laçın rayonu həm döyüş meydanında, həm də siyasi yolla azad edildi

30 Mart 2023, 13:05
Cəmiyyət
A A
Laçın rayonu həm döyüş meydanında, həm də siyasi yolla azad edildi

 

Laçın rayonu strateji əhəmiyyətə malik bir rayondur. 1992-ci il may ayının 18-də Laçın rayonunun xəyanət nəticəsində bədnam qonşularımız tərəfindən işğal edildikdən sonra bir-birinin ardınca digər rayonlar işğala məruz qald və köçkün karvanlarının sayı çoxaldı. Çünki Ermənistandan Qarabağa gedən yol məhz Laçın rayonundan keçirdi.
İşğaldan sonra Laçın rayonunun əhalisi ölkənin müxtəlif rayonlarında məskunlaşdı. İşğala qədər rayonda 1 şəhər, 1 qəsəbə, 125 kəndi olan Laçın əhalisi məcburi köçkün kimi ölkəmizin 58 şəhər və rayonlarında məskunlaşdılar. Öz dədə-baba yurdlarından ayrı düşmələrinə baxmayaraq adət-ənənələrini qoruyub saxladılar.
Laçın igidlər məskənidir. Həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsində Laçının mərd oğulları öz igidlikləri ilə seçildilər. 285 nəfəri şəhid oldu. Müharibədə şücaət göstərmiş laçınlılardan 5 nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görüldü.
Biz Laçını həm döyüş meydanında, həm də siyasi yolla qaytardıq. 2-ci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi. Məhz Laçın rayonunun cənub hissəsi döyüşərək azad edildi.
Bu gün Laçın rayonunun Ermənistanın işğalından azad edilməsindən 3 il ötür . 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ermənistan üzərində şanlı qələbə qazanaraq torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoyuldu.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də Azərbaycana geri qaytarıldı. Buna qədər ordumuz böyük qəhrəmanlıq nümayiş etdirərək Laçın rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2020-ci il fevralın 14-də Laçın rayonuna səfəri zamanı Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı.
Bu gün işğaldan azad olunmuş digər ərazilərimiz kimi Laçın rayonunda da böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Laçında inşa olunan və 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılan hava limanı bölgənin beynəxalq statusunu artıracaqdır. İşğaldan azad edilmiş rayonumuzda yol infrastrukturunun da tikintisi diqqətdə saxlanılır. Prezident İlham Əliyevin sərəncamına əsasən, tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72.8 kmdir.
Bu gün Laçına yeni həyat qayıdır. İllərlə yurd həsrəti çəkən sakinlərin qayıdışı ilə Laçın daha da gözəlləşib canlanacaq. Eyni zamanda Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. 28 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Məsim Məmmədov Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin olundu. Prezident İlham Əliyev Məsim Məmmədovu qəbul edərkən bu sözləri deyib: “Siz Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız. Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun böyük potensialı var. Əlbəttə ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək”.
Mən də bir şəhid atası kimi Ali Baş Komandanımız İlham Əliyevin apardığı siyasəti dəstəkləyir, öz ata-baba yurdumuzu bizə qaytardığı üçün və doğma Laçınımızda quruculuq işləri apardığı üçün laçınlılar adından, Laçın rayon Çıraqlı kənd sakinləri adından dərin təşəkkürümü bildirirəm və doğma yurduma – Laçınıma qayıdacağım günü səbirsizliklə gözləyirəm.
Mamed Əhmədov
Vətən Müharibəsi şəhidi Mənsur Əhmədovun atası, əslən Laçınlı olan Abşeron rayon sakini

Əvvəlki yazı

Daha bir əməliyyat: İran casusları yaxalandı

Sonrakı yazı

Mərkəzi Gömrük Hospitalında soyğunçuluq: həyat yoldaşını itirdi, 6 500 manatı getdi – Video

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.