12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Nərmin işi”ndə ekspert rəyini əsaslandıra bilmədi

16 Mart 2023, 23:01
Cəmiyyət, Seçmə
A A
“Nərmin işi”ndə ekspert rəyini əsaslandıra bilmədi

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun məhkəməsi davam edir.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Tovuz rayon məhkəmə-tibb eksperti Nurlan Abbasov dindirilib. O, Nərminə aid olduğu deyilən meyitin müayinəsi ilə bağlı rəyi imzalamış ekspertlərdən biridir.

Qeyd edək ki, ekspertlər rəydə meyitin bir dəfəyə yandırıldığını qeyd edib. Lakin müdafiə tərəfi deyir ki, meyit əvvəlcədən başqa yerdə yandırılıb. Sonradan onun əyninə paltar geyindirilib, ikinci dəfə də İlkingilin evinin yaxınlığında yandırılıb. Belə ki, bədənin elə hissələri var ki, onlar kömürləşmə həddində yanıb, amma paltarların o hissələri salamatdır.

Vəkillər ekspertdən meyitin yandırılması haqda verdiyi rəyi əsaslandırmasını istəyiblər. “Mən bu suala cavab verə bilmərəm”, – deyə Nurlan Abbasov qeyd edib. Daha sonra müdafiəçilər ondan sintetik paltar yanmadığı halda, bədənin həmin hissəsinin tam yanmasının mümkün olub-olmaması haqda soruşublar. Nurlan Abbasov, “bu, ola bilər…”, – deyə cavab verib.

Vəkil Zabil Qəhrəmanov ekspertdən İlkin Süleymanovu haradan tanıdığını, əvvəllər görüb-görmədiyini soruşub. O bildirib ki, ilk dəfə polis şöbəsində görüb, daha sonra isə mediada. Məlum olub ki, İlkin Süleymanov həbs olunduğu ilk günlərdə onun işgəncəyə məruz qalmaması haqda rəy vermiş ekspert də məhz Abbasov imiş.

Qeyd edək ki, İlkin Süleymanov məhkəmədə daha əvvəl bildirmişdi ki, Tovuz Rayon Polis Şöbəsində işgəncələrə məruz qaldıqdan və etiraf ifadəsinə imza atdıqdan sonra ora eksperti gətiriblər. Həmin vaxt üzərində gözlə görünən çoxsaylı xəsarətlər olub. Lakin ekspert onların heç birini rəydə göstərməyib. Süleymanov ötən məhkəmədə Nurlan Abbasova bu haqda da sual verib: “Polis şöbəsində saxlanılan şəxsin üstündə gözlə görünən xəsarətlər var, amma onun özü döyülmədiyini deyir. Bu halda, siz o xəsarətləri rəyinizdə qeyd edirsiz, yoxsa yox?” Ekspert onun sualına cavab olaraq, “əlbəttə, qeyd edirik” deyib.

Məhkəmə prosesi martın 29-da davam edəcək.

Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.

Əvvəlki yazı

“İnterpol” ilə axtarışa verilən azərbaycanlı Norveçdə saxlanıldı

Sonrakı yazı

Sevgilisini öldürüb, qadınla hotelə getdi – Video

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.