Bakıda silahlı insident zamanı 2 nəfər xəsarət alıb.
Bu barədə Reportyor.info Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, xəsarət alanlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.
Onlar xəstəxanaya çatdırılıb.
14.58
Bakıda silahlı insident olub, 3 nəfər yaralanıb.
Məlumat Reportyor.info -ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən təsdiqlənib.
Bildirilib ki, paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.
Hadisə yerinə əməliyyat qrupu cəlb edilib.
“Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək”, – DİN-dən bildirilib.