Martın 5-də qeyri-qanuni erməni birləşmələrinin təxribatı nəticəsində şəhid olan hərbçimiz Eşqin Hüseynovla vida mərasimi keçirilir.
Şəhidimizin doğulduğu Tovuz rayonunun Hunanlar kəndində yas mərasimi təşkil olunub. O, bu gün kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, E.Hüseynov subay olub, ailədə bir qardaş və bir bacısı var. Şəhidin qardaşı da hərbçidir.