Baxmut şəhərində ruslar bizdən 7 dəfə çox itki verib. Bunu Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.
“Orda çətin və ağır durumdu, amma nəzərə alın ki, bizim müdafiəçilər hər gün onların yüzlərlə döyüşçüsünü getməli olduqları yerə göndərir”, Danilov telemarafonun efirində deyib.
Onun fikrincə, Çin Rusiyaya silah verməyəcək və münaqişədə neytral mövqe tutacaq.