Ukraynanın Zaporojye vilayətinə Rusiya qüvvələri tərəfindən raket zərbələri endirilib. Ukrayna mətbuatı xəbər verir ki, nəticədə 4 dinc sakin həyatını itirib, 8 nəfər yaralanıb.
Rusiya tərəfi isə Ukrayna ilə həmsərhəd Bryansk vilayəti ərazisində atışma getdiyini iddia edir. Detallar hələlik məlum deyil.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.