Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov vəzifəsindən azad edilib.
Reportyor.info xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
Baş Prokurorluğun Mətbuat xidməti Qaynainfo-ya məlumatı təsdiqləyib.
Bildirilib ki, həmin vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyevə həvalə edilib.