12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

QARABAĞ MİTİNQ(LƏR)İ KİM(LƏR)Ə SƏRF EDİR? –Politoloq Elxan Şahinoğlu “növbəti aksiya asan olmayacaq” deyir

01 Oktyabr 2018, 01:16
Cəmiyyət
A A
QARABAĞ MİTİNQ(LƏR)İ KİM(LƏR)Ə SƏRF EDİR? –Politoloq Elxan Şahinoğlu “növbəti aksiya asan olmayacaq” deyir

Azərbaycan hakimiyyəti Qarabağ mitinqinə icazə verdikdən sonra müxtəlif tənqidi rəylər oxudum. Bəziləri yazdı ki, “bu mitinq nəyə lazımdır, onsuz da insanlarımız bu məsələdə yekdildir” və ya “icazəli mitinqə az adam qatılsa, bu Qarabağ uğrunda mücadiləmizə zərər vuracaq” və s. Əlbəttə, hər bir insan fikrini söyləməkdə sərbəstdir. Ancaq nəsə addım atmaq istəyənləri tənqid edərkən gərək özünə sual verərsən: “bəs mən özüm Qarabağ uğurunda nə etmişəm”. Amerikanın mərhum prezidenti Con Kennedinin yaxşı ifadəsi var idi: “Soruşma ki, Amerika sənin üçün nə edib, soruş ki, sən Amerika üçün nə etmisən?” Başqa bir məşhur Amerika filmində də tarixə keçəcək ifadə dillər əzbəridir: “Mən heç olmazsa cəhd etdim…”

Mən Qarabağ mitinqini izlədim. Çıxışların bir hissəsinə tənqidi münasibətim var. Misal üçün, tribunadan İslam Partiyasının həbsdə olan sədrinin salamlarının mitinq iştirakçılarına çatdırılmasına bütün mitinq iştirakçılarının adekvat yanaşmadığını hiss etdim. Islam Partiyasının üzvünə çıxış üçün şərait yaradıldı. Məndə olan məlumata görə, mitinqdə çıxış etmək istəyənlər çox olub və heç də hamıya belə şərait yaradılmayıb. Ancaq İslam Partiyası üzvünün çıxışına imkan yaratdılar. Bu bəzilərində belə təəssürat yarada bilərdi ki, mitinqi təşkil edənlər İslam Partiyasının dəyərlərini bölüşürlər. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəloğlu İslam Partiyasının üzvünün çıxışından dərhal sonra söz alaraq İran hakimiyyətinin işğalçı Ermənistanla əalqələrini tənqid edən cümlə işlətdi. Böyük ehtimalla Mirmahmud Mirəlioğlu bunu ona görə dedi ki, mitinqi təşkil edənlərin İranla əlaqələrə önəm verən İslam Partiyasının siyasəti ilə üst-üstə düşmədiyi görünsün.

Elxan Şahinoğlu

(Politoloq)

Hakim Yeni Azərbaycan Partiyasının deputat üzvlərindən biri mitinqdən əvvəl Qarabağla bağlı mitinqi dəstəklədiyini bildirdi. Bunu bəziləri belə qələmə verdi ki, YAP Qarabağ mitinqini dəstəkləyir. Halbuki, bu belə deyildi. Mitinq bitər-bitməz YAP-ın bir çox üzvü mitinqi tənqid etdilər. Bunun iki vacib səbəbi olduğunu düşünürəm.

Birinci səbəbi mitinqdə “istefa” şüarlarının səslənməsiydi. Mitinqdə çıxış edənləridən bir neçəsi hakimiyyəti sərt tənqid etdi və bu da istər-istəməz “istefa” şüarlarının səslənməsinə şərait yaratdı. Aydındır ki, “istefa” şüarlarının səsləndiyi mitinqə hakimiyyət və ya YAP dəstək verə bilməzdi.

İkinci səbəb bu mitinqlərin davamlı hal ala biləcəyi ehtimalıdır. Qarabağ Komitəsinin üzvlərinin tamamı müxalif mövqedə dayanan siyasətçilərdir. Bu da hakimiyyəti narahat edir. Müxalifət Qarabağ mitinqi ilə hakimiyyəti bir az ağır durumu salıb. Qarabağ ümumi problemdir. Hakimiyyət müxalifəti başqa müstəvilərdə xeyli zəiflədib. Ancaq Qarabağ platformasında Qarabağ Komitəsinə yığılan insanlara qarşı hansısa addımların atılması ölkə daxilində və xaricində doğru anlaşılmaya bilər. Məsələn, düşünülə bilər ki, Azərbaycanda Qarabağ uğrunda müharibə çağırışları edənlərə qarşı sərt siyasətə üstünlük verilir. Halbuki, başda prezident olmaqla hakimiyyət nümayəndələrinin bir çoxu işğalçıya qarşı güc yolunu istisna etmirlər və 2016-cı ilin aprel savaşı və ya Naxçıvan əməliyyatı buna sübutdur. Qarabağ xalq üçün həssas və birləşdirici mövzudur. Hakimiyyət də siyasətində bunu nəzərə alır. Buna baxmayaraq, bəzi müxalif qüvvələrin Qarabağ üzərindən hakimiyyətə təzyiq etmək istəyi və hakimiyyəti zəfilətməyə çalışması da istisna deyil. Bu baxımdan, Qarabağ Komitəsinə gələn dəfə mitinq təşkil etmək asan olmayacaq. İlk mitinqə bəlkə də gözlənildiyindən çox insan qatıldı. Bu da hakimiyyət düşündürdü. Ancaq Qarabağ Komitəsi onu da nəzərə almalıdır ki, hətta hakimiyyət növbəti mitinqə maneələr yaratmasa belə Komitənin özü üçün ikinci mitinqə kifayə qədər insan toplamaq çətin olacaq. Çünki, ilk mitinqdə Qarabağla bağlı hər şey deyildi. Yenə eyni mövzu və eyni şüarlar olacaqsa mitinqə qatılmaq istəyənlərin sayı azala bilər.

Əslində Qarabağ uğrunda ictimaiyyətin artan səsi hakimiyyətin də maraqlarına cavab verir. Bununla hakimiyyət beynəlxalq aləmə, o cümlədən ATƏT-ə mesaj göndərmiş olar ki, cəmiyyət hakimiyyətdən Qarabağla bağlı sərt addımlar, müharibə tələb edir və əgər vasitəçilər tələsməsələr, vəziyyət gərginləşə bilər. Ona görə də Qarabağ uğrunda mübarizə hakimiyyət-müxalifət mübarizəsinə çevrilməməlidir. Mən deyərdim ki, YAP-ın özü də Qarabağ mitinqi keçirsəydi, bu işin yararına olardı. Bu danışıqlarda prezidentin əlini gücləndirərdi.

Əvvəlki yazı

Ermənistan prezidenti:”Qarabağ münaqişəsi tərəflərin qarşıdurmasından kənara çıxa bilər”

Sonrakı yazı

Prezident Kürdəmirdə yol tikintisinə 10,7 milyon manat ayırıb

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.