14-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“İndi evdar qadınlar da yad kişilərlə əlaqə qurur” – Cəlaloğludan qalmaqallı sözlər

06 Yanvar 2023, 17:09
Cəmiyyət
A A
“İndi evdar qadınlar da yad kişilərlə əlaqə qurur” – Cəlaloğludan qalmaqallı sözlər


Azərbaycanda kişi-qadın münasibətləri həmişə müzakirə obyekti olub. Bir çox hallarda kişilərin nalayiq hərəkətlərinə haqq qazandıranlar qadınlara qarşı eyni tolerantlığı göstərmirlər. 

Bu gün boşanmalarda daha çox xəyanət səbəb göstərilir. Bəzən isə, qadınlar kişilərin xəyanətini bağışlayıb yaşamağa davam edirlər. Qadın xəyanəti isə əksinə, heç vaxt bağışlanmayıb. Xüsusən patriarxal cəmiyyətlərdə qadın xəyanəti ağır əməl sayıldığına görə onlara daha sərt cəzalar verilib.

Bəs görəsən buna səbəb nədir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qadın və kişi hüquqlarından danışarkən bəzi mübahisəli məsələlərə toxunub:

“Qurani-Kərimdə də kişiylə qadının fərqli yaranmasıyla bağlı ayələr var. Eləcə də biologiyaya görə kişiylə qadın fərqli yaranıb. Burada da kişiylə qadının seksual dövrülüyünün uyğun olmaması problemi var. Qadınlara hamiləlik dövründə, aybaşı vaxtı cinsi əlaqə olmaz, amma kişidə belə bir seksual ritmin fasiləliyi yoxdur. Birincisi, bunun bioloji əsasları var. Bir kişi məsələn, seksual cəhətdən aktivdir, ailə qurubdur və əgər bacarırsa, özünü qorumalıdır. Amma elə adamlar var ki, özünü qoruya bilmir, yaxud obyektiv səbəblərdən öz cinsi tələbatını ödəyə bilmir və başqa bir yerə meyl edir. Kişilərin xəyanət etməsinin başqa bir səbəbi isə onların fəaliyyətinin evdən daha çox kənarda olmasıyla bağlıdır. Məlum məsələdir ki, qadınların çoxu evdardır, kişilər isə cəmiyyət içərisində olurlar və bu zaman da təsadüfi əlaqələr qururlar. Son vaxtlar sosial şəbəkələrin yaranmasından sonra qadınlar və kişilər arasında bu fərqlilik aradan qalxıb. Qadınlar da evdə oturub yad kişilərlə əlaqələr yarada bilir. Azərbaycan mətbuatında da biz çox ağır cinayətlərlə başa çatan belə əlaqələrlə bağlı çoxlu faktlar eşidirik”.

Onun sözlərinə görə, qadın xəyanətinin ağır nəticələri ola bilər:

“Təbii ki, məsələni bu dərəcəyə gətirib çıxarmaq olmaz. Qadının xəyanətinin nəticəsi var. Qadın uşaq doğur, dünyaya uşaq gətirir. Qadının xəyanətinin konkret nəticəsi olur. Əslində, bunun dərin kökü iqtisadi səbəblərlə bağlıdır. Burada varislik məsələsi var. Məsələn, bir kişinin əmlakı onun övladına çatmalıdır. Amma bir qadın qeyri-qanuni yollarla gedib cinsi əlaqədə olub bir uşaq doğdusa, həmin uşaq bu kişinin uşağı olmasına baxmayaraq, əmlakına sahib çıxa bilmir. Həm də bu, vərəsəlik yolunda əmlakın ötürülməsində qeyri-qanunilik yaradır.

Ən əsas da cəmiyyətdə qadına olan tələbatla kişiyə olan tələbatın fərqli olmasıdır. Qadın intensiv, kişi isə ekstensiv varlıqdır. Kişinin bütün fəaliyyəti və xarakteri zahirə yönəlib. Ona görə qeyri-qanuni ünsiyyətə girirlər. Qadınlar isə özünü bütövlükdə daxilə, evinə-ailəsinə cəmləşdirir. Bu baxımdan da təbii ki, qadının fəaliyyəti tamamilə fərqli bir məsələdir, kişinin xəyanəti isə başqa. Bu, cəmiyyətinin özünün minillər boyu bu məsələyə yanaşmasıyla bağlıdır. Qadınla kişi arasında fərqlilik olduğuna görə, onların bu hərəkətinə də fərqli yanaşırlar.

Məsələn, vaxtilə kişilər 5 il evdən kənarda olurdular. Belə bir şəraitdə kişi istəsə də cinsi əlaqəsiz qala bilməz. Düşmən qadınların əsir alınması və zorlanması da müharibənin bir qaydasıdır. Hətta bəzi xalqlarda bu bağışlanır. Antik yunanlarda belə bir məsəl var ki, “mənim xoruzum başqasının divarında banlaya bilər”. Amma, əksinə, qadının xəyanəti heç bağışlanılmayıb”.

Əvvəlki yazı

Hava xəbərdarlığı: Bakıda qar yağacaq, yollar buz bağlayacaq

Sonrakı yazı

Bakıda kişi arvadını bıçaqladı

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.