Bu gün səhər saatlarında tanınmış ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Reportyor.info-nın sorğusuna cavab olaraq, bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün məhkəməyə göndərilib.