08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Məktəblilər üçün kimya cədvəl, sxem və şəkillərdə” layihəsinin bağlanış mərasimi keçirilib

25 Sentyabr 2018, 19:27
Cəmiyyət
A A
“Məktəblilər üçün kimya cədvəl, sxem və şəkillərdə” layihəsinin bağlanış mərasimi keçirilib

Azərbaycan Resbublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci  qrant müsabiqəsi çərçivəsində Kimya-Biologiya Təmayüllü Respublika Liseyində “Məktəblilər üçün kimya cədvəl, sxem və şəkillərdə” layihəsinin bağlanış mərasimi keçirildi. Qeyd edək ki, müsabiqə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün  elan edilmişdi. Müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriya üzrə ümumilikdə 850 layihə təklifi daxil olub.

Ümumi təhsil müəssisələri kateqoriyası üzrə 41, fərdi kateqoriya üzrə 125 layihənin dəstəklənməsi məqsədəuyğun sayılıb. Müsbət qərar verilən 166 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə, 45 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllim qalib gəlib. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Beyləqan, Quba, Balakən, İsmayıllı, Lənkəran və Şəmkirdir.

Liseyin kimya müəllimi Elmira Teyyub qızı Nağıyevanın təqdim etdiyi layihənin məqsədi kimya dərslərinin tədrisində əyaniliyin artırılması məqsədi ilə orta məktəb proqramlarında əks olunmuş mövzular üzrə cədvəl, sxem və şəkillərin hazırlanması idi.

Layihə rəhbəri Elmira Nağıyeva çıxışında qeyd edib ki, texnologiyanın sürətlə inkişaf etdiyi, informasiyanın bol və hamı üçün əlçatan olduğu müasir dünyada şagirdlərin elmi bilikləri kitablarla yanaşı, əyani vəsaitlərdən əldə etməsi daha da aktuallaşır. Şagirdlər hansısa elmi nəzəriyyəni kitabdan oxuyub öyrənməkdə çətinliklərlə qarşılaşırlar. Xüsusilə də, kimya fənninin tədrisi zamanı bu cür problemlər aşkar nəzərə çarpır.  Respublikamızda orta məktəb şagirdləri üçün  artıq VII-XI siniflərdə kimya fənni üzrə yeni kurikulum əsasında dərsliklər çap olunub şagird və müəlimlərin istifadəsinə verilsə də müəllim və şagirdlərlə aparılmış sorğulara əsasən kimya dərsliklərində mövzuların tədrisi zamanı sxem, cədvəl və şəkillərdən az istifadə olunduğu məlum olur. Praktik işlərlə, təcrübələrlə mənimsənilməsi vacib olan fənnin tədrisi zamanı texniki avadanlıqların çox hallarda lazımi vəziyyətdə olmaması nəticəsində şagirdlərin müşahidə etməli olduqları kimyəvi prosesləri yalnız kitabdan oxumaqla və ya müəllimin şifahi izahı şəklində öyrənmək məcburiyyətində qalması tədris olunan mövzunun orijinallığını itirir, bu üsul şagirdə uzunmüddətli bilik vermir. Bu isə şagirdlərin kimyanı dərindən başa düşmələrində çətinliklər yaradır. Bu zaman müəllim sxem və şəkillərlə bu boşluğu qismən doldura bilər. Ona görə də kimya fənnindən orta məktəb kursunu əhatə edən mövzuların sxem, cədvəl və şəkillər formasında hazırlanmasını vacib hesab edilərək müsahibəyə belə bir layihə ilə müraciət edilmişdir.

 

İyun-sentyabr aylarını əhatə edən və 3 ay davam edən layihə çərçivəsində MS Office və Chem Office proqramlarından istifadə edilməklə 86 cədvəl, sxem və şəkil hazırlanaraq diskə yazılmışdır. Hazırlanmış disklər müəllimlərin istifadəsi üçün ümumtəhsil məktəblərinə göndəriləcəkdir. Eyni zamanda müəllimlər və şagirdlər hazırlanmış materialların bir qismi ilə layihənin icrası zamanı əməkdaşlıq edilmiş Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin digər qalibi, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyinin kimya müəllimi Sona Kərimovanın “Məktəblilər üçün elektron formatda kimya trenajorlarının hazırlanması” layihəsi çərçivəsində yaradılmış www.tereqqi-liseyi.az saytının “Cədvəllər” bölməsində tanış ola bilərlər.

Tədbirdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, direktor müavini Namiq Nağıyev, Təhsil İnstitutunun şöbə müdiri Fuad Qarayev, Bakı şəhərində yerləşən  məktəb və liseylərin direktorları, kimya, fizika, riyaziyyat və biologiya müəllimləri iştirak edib.

Tədbirdə Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin direktoru Kamran Rəhimov, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyin direktoru, professor Nasim Abışov, TİPİİ-in mütəxəssisi, layihənin eksperti Tural Alışov çıxış edərək təqdim olunan layihəni yüksək qiymətləndirmişdirlər.

Reportyor.info

 

 

Əvvəlki yazı

“Pensiya təyinatı proseduru elektronlaşdırılacaq” – Nazir müavini

Sonrakı yazı

İtalyan şirkətinin rəhbəri Fərhad Əhmədovun böhtan atdığını iddia edir

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.